Böyük Britaniyada gücləndirilmiş karantin rejimi tətbiq olunacaq
Böyük Britaniyada noyabrın 5-dən etibarən gücləndirilmiş karantin rejimi tətbiq olunacaq. Bir ay davam edəcək karantin rejimi dekabrın ilk həftəsində virusa yoluxmada azalma müşahidə olunarsa, dayandırıla bilər. Lakin əksi müşahidə olunarsa, bu müddət uzadıla bilər. Qaydalara əsasən məktəblər fəaliyyətini davam etdirəcək, lakin vacib olmayan ticarət obyektləri, restoran və kafelər bağlanılacaq. Qapalı iş yerlərinin işçilərinə dövlət tərəfindən […]
Continue readingMoldovada prezident seçkilərində qalib müəyyənləşməyib: Dodon və Sandu ikinci turda mübarizə aparacaq
Moldovada keçirilən prezident seçkilərində qalib müəyyənləşməyib. Elitinfo.az Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, seçki bülletenlərinin 90 faizi hesablanıb. Səsvermənin nəticələrinə görə, hazırkı Prezident İqor Dodon seçicilərin 35,84 faizini, keçmiş Baş Nazir Maya Sandu isə seçicilərin 32,15 faizini toplaya bilib. Digər 6 namizəd isə az səslə digər iki namizəddən geri qalıb. Seçki qanunvericiliyinə görə, […]
Continue readingMoldovada prezident seçkilərinin baş tutduğu elan edilib
Moldova Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərinin baş tutduğunu bəyan edib. Elitinfo.az xəbər verir ki, artıq 1 milyon 50 min seçici öz səsvermə hüququndan istifadə edib. Səsvermə saata 19:00-da (Bakı vaxtı ilə 21:00-da) başa çatıb. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Prezidentliyə namizədlərdən biri 50 faizdən yuxarı səs toplaya bilməsə, seçkilərin ikinci turu keçiriləcək. […]
Continue reading“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası seçkilərdə üçüncü dəfə qalib gələn ilk partiya kimi ölkə tarixinə düşdü
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilən parlament seçkiləri üzrə 3847 məntəqədən 3735-də səsləri hesablayıb. Elitinfo.az xəbər verir ki, MSK-nın məlumatına görə, 3735 məntəqənin nəticələrinə əsasən hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 48,05 faiz səs toplayaraq qalib gəlib. “Vahid Milli Hərəkat Partiyası-Birləşmiş Müxalifət” 27,07 faiz səslə ikinci yerdədir. Hesablamalara görə, “Avropalı Gürcüstan-Azadlıq uğurunda” 3,79 faiz, […]
Continue readingTürkiyənin siyasi xadimi Məsud Yılmaz son mənzilə yola salınıb
Türkiyə Respublikasının siyasi xadimi Məsud Yılmaz ilə İstanbulda vida mərasimi keçirilib. Elitinfo.az xəbər verir ki, bununla əlaqədar Mərmərə Universitetinin İlahiyyat fakültəsinin məscidində cənazə mərasimi təşkil olunub. Türkiyənin dövlət və hökumət nümayəndələrinin, siyasi partiya rəhbərlərinin, mərhumun doğmalarının və yaxınlarının iştirak etdiyi vida mərasimində Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Xatırladaq ki, Məsud Yılmaz oktyabrın 30-da müalicə […]
Continue readingTürkiyədə bir gündə 2 min 213 nəfərdə virus aşkarlanıb
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı gündəlik yoluxmada artım davam etməkdədir. Kütləvi tədbirlərə, məhdudiyyətlərə, maska taxmaq, sosial məsafə saxlamaq kimi tələblərə baxmayaraq virusun yayılma sürətinin azalmasında ciddi nəticələr nəzərə çarpmır. Elitinfo.az Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 31-də ölkə üzrə 124 min 109 nəfər üzərində infeksiyaya qarşı yoxlama aparılıb, 2 min […]
Continue readingFuat Oktay: İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 51-ə çatıb
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 51-ə çatıb. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib. Qeyd edib ki, yeraltı təkanlar zamanı 896 nəfər yaralanıb. Onlardan 214-nün müalicəsi davam edir. Hadisə zamanı zədələnən və ya çökən 17 binadan 9-da axtarış-xilasetmə işləri aparılır. Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 […]
Continue readingİzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 44-ə çatıb
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 44-ə çatıb. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. Son məlumatlara əsasən, xəstəxanalarda müalicə alan 896 vətəndaşdan 667-i evə buraxılıb, 229 nəfərin müalicəsi davam edir. Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 afterşok […]
Continue readingİndoeneziya Prezidenti Emmanuel Makronu islam dini haqqında fikirlərinə görə tənqid edib
İndoneziya Prezidenti Coko Vidodo Fransa şəhərlərində baş vermiş “zorakılıq aktlarını pisləməklə yanaşı, bu hadisələri “islam terrorçu hücumu” adlandıran Fransa prezidenti Emmanuel Makronun ünvanına kəskin tənqidi fikirlər səsləndirib. Elitinfo.az xəbər verir ki, bu barədə İndoneziyanın dövlət başçısı video müraciətində bildirib. İndoneziya Prezidenti qeyd edib ki, Gakarta Fransa şəhərlərində baş verənləri pisləyir. Bununla yanaşı, dinin terror hücumları […]
Continue readingRəcəb Tayyib Ərdoğan: Dünyanın 88 ölkəsindən zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı mesajları çatdırılıb
Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Pakistan, Yunanıstan və digər dövlətlərin baş nazirləri və rəsmi şəxsləri olmaqla, ümumilikdə 88 ölkənin rəhbər şəxsləri baş vermiş zəlzələ ilə bağlı ölkəmizə başsağlığı mesajlarını çatdırıblar. Elitinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib. Hadisə zamanı yaralanan vətəndaşlardan 218 nəfərin müalicəsinin […]
Continue reading