Nazir müavini: “Kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır”
“Dövlət başçısı bizim qarşımıza özümüzü bütün kənd təsərrüfatı məhsulları ilə tam təmin etməyi və ixracatçı ölkəyə çevrilməyi əsas məsələ kimi qoyub”. “Elitinfo.az” xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev İmişlidə Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin təsis konfransında deyib. Onun sözlərinə görə, kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır: […]
Continue readingŞəkidə Toxum Emalı Zavodu fəaliyyətə başlayıb
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Şəki şəhərində yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb. Zavod ilk sifariş olaraq 63 ton “Aran” sortundan olan buğda toxumunu emal edib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Elitinfo.az-a bildirilib ki, zavod saatda 5 ton toxum emal etmək gücünə malikdir. Ümumi sahəsi 1,1 hektar olan müəssisə inzibati binadan, […]
Continue reading“Azeri Light”ın qiyməti 66,5 dollar/barreli ötüb
Azərbaycan neftinin qiyməti bahalaşır. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar artaraq 66,55 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingİmişli rayonunda əhalinin istifadə etdiyi yol yenidən qurulur
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur. İmişli rayonunda da bu layihələr çərçivəsində cari ildə Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən […]
Continue readingMasallıda 38 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işləri sona yetir
Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən, Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir. Söhbət ümumi uzunluğu 16 km olan Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə avtomobil yollarından gedir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında […]
Continue readingAzərbaycan nefti ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,64 ABŞ dolları və yaxud 1% azalıb. “Elitinfo.az” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,47 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 […]
Continue readingNeftçaladakı Xıllı nərə balıqartırma balıqlarının Xəzərə buraxılması mərasimi olub Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib
İyunun 17-də Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması üzrə IDEA İctimai Birliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı çərçivəsində Neftçalada yerləşən Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii […]
Continue readingAzərbaycan nefti 1%-dən çox ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,86 ABŞ dolları və yaxud 1,34% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,35 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Continue reading“Şahdəniz” təbii qazı TANAP-la Avropa sərhədinə çatdırılıb
Ötən il yanvarın 23-də TANAP boru kəmərinə Gürcüstan-Türkiyə sərhədindən daxil olan “Şahdəniz” qazı bu il iyunun 15-də tarixi bir gündə – Milli Qurtuluş Günündə Avropa sərhədinə çatdırılıb. Elitinfo.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində […]
Continue readingXudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir olunub
Elitinfo.az/ Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi […]
Continue reading










