İstanbulda “Türk axını” boru kəmərinin açılış mərasimi keçiriləcək
Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) açılış mərasimi keçiriləcək. AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstanın Baş Naziri Boyko Borisov iştirak edəcək. Qeyd edək ki, ötən il oktyabrın 15-də layihənin əsas mərhələsinə, yəni […]
Continue readingDövlət Neft Fondu 20 illik yubileyini qeyd edir
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 20 illik yubileyini qeyd edir. 1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində hazırlanmış milli neft strategiyasının tərkib hissəsi olaraq neft-qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə Azərbaycan […]
Continue reading“Azneft” İstehsalat Birliyinə Baş direktor təyin edilib
Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə (İB) yeni baş direktor təyin olunub. “Elitinfo”-un “Azneft”in yaydığı məlumata əsasən verdiyi xəbərə görə, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov İstehsalat Birliyinin Baş direktoru təyin edilib. Bildirilib ki, Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib: “Məhz onun səyi […]
Continue readingPrezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. Elitinfo.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək dedi: – Möhtərəm cənab Prezident, xoş gəlmisiniz. Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya […]
Continue readingXəzər rayonunda yolların, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına vəsait ayrılıb – SƏRƏNCAM
Xəzər rayonunda avtomobil yollarının, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb. “Elitinfo.az” xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xəzər rayonunun Binə, […]
Continue reading“AzerTelecom” və “Alibaba Group” arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin nümayəndə heyətinin “Azerbaijan Digital Hub” proqramının icrası çərçivəsində dekabrın 17-18-də Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində Çinin texnologiyalar, e-ticarət, internet və digər əlaqəli sahələrdə fəaliyyət göstərən iri holdinqi olan “Alibaba Group”un rəhbərliyi ilə görüş keçirilib, əməkdaşlıq əlaqələri müzakirə olunub. “AzerTelecom” şirkətinin baş direktoru […]
Continue readingFevralda ölkəmizdə sərmayə imkanları müzakirə ediləcək
Gələn ilin fevralında Bakıda “Azərbaycanda sərmayə imkanları” mövzusunda təqdimat keçiriləcək. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 26-da Bakıda keçirilən Azərbaycan-Türkiyə işgüzar dəyirmi masasında deyib. Nazir qeyd edib ki, tədbirdə Azərbaycan və Türkiyənin iş adamları iştirak edəcəklər.
Continue reading“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşların nəzərinə
Elitinfo.az Dekabrın 25-də və 27-də “Güzəştli mənzillər”in seçiminə başlanılacaq. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Mənzil İnşaatı Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, […]
Continue readingTANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
Elitinfo.az/. Bu günədək TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” təbii qazı nəql olunub. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-la hazırda Azərbaycan təbii qazı Türkiyəyə nəql olunur. Boru kəməri Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Uzunluğu 1850 […]
Continue readingİnam Kərimova daha bir vəzifə verildi
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədri seçilib. Eliinfo/az-ın məlumatıma görə, bu, İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən 6-cı iclası zamanı baş verib. Bundan başqa, iclas zamanı Kənd təsərrüfatı ilə bağlı Bakı bəyannaməsi və İƏT kənd təsərrüfatı nazirlərinin 6-cı iclasının hesabatı qəbul edilib.
Continue reading











