Bakı metrosu fəaliyyətini bərpa etdi
Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti bu gündən bərpa edilib. Elitinfo.az xəbər verir ki, bu gün saat 06:00-dan etibarən Bakı metrosu sərnişinləri qəbul etməyə başlayıb. Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və […]
Continue readingOnlayn qaydada beynəlxalq biznes forum keçirilib
Bu gün”Caspian European Club”un təşkilatçılığı ilə onlayn qaydada beynəlxalq biznes forum keçirilib. Forumda Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Gürcüstan Gömrük Xidməti rəhbərinin birinci müavini Kaxaber Baramiya, Azərbaycan, Qazaxıstan və Gürcüstanın diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, bu ölkələrdə fəaliyyət göstərən logistika şirkətlərinin, nəqliyyat qurumlarının və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər. […]
Continue readingTibbi maskadan istifadə etməyənlər sərnişin qatarlarına buraxılmayacaq
Elitinfo.az Sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yolu vağzalına, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər. Sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək. “Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına […]
Continue readingAzərbaycanın milli aviaşirkəti İstanbuldan Bakıya iki çarter reysi həyata keçirib
Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvadan Bakıya bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 həmvətənlimiz olub. Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib. […]
Continue readingTürk Şurasının İqtisadiyyat nazirlərinin videokonfrans formatında görüşü keçirilib
Elitinfo.az Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin İqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, videokonfransın məqsədi aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən qaldırılan məsələlərin icrası üçün birgə fəaliyyət […]
Continue readingSuraxanı rayonunda yollar təmir olunur
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilib. İmzalanan sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun 17 800 nəfər əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin […]
Continue readingDünya birjalarında neftin qiyməti bahalaşıb.
Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 29,76 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar bahalaşaraq 24,09 dollar təşkil edib.
Continue readingQusar rayonunun Qullar avtomobil yolu yenidən qurulur
Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5.2 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir. Elitinfo.az bildirir ki, söhbət Bakı-Quba-Rusiya Federsiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun 204-cü km-dən ayrılan və Qullar kəndinə gedən avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6m hərəkət […]
Continue readingAzərbaycan nefti yenidən bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,6 ABŞ dolları, yaxud 2,55% artıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 24,11 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ […]
Continue readingAqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri artırılıb
Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) aqrar sahəyə ayrılan subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq, subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin etmək səlahiyyəti verilib. AKİA-dan Elitinfo.az-a verilən məlumata görə, bu səlahiyyət ölkə başçısının 01 may 2020-ci il tarixli Fərmanı ilə Agentliyin əsasnaməsinə edilmiş əlavəyə əsasən […]
Continue reading











