Qida təhlükəsizliyinə dair Dövlət Proqramı üzrə monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı”nın 2019-cu ildə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlayıb. İİTKM-dən Elitinfo.az-a bildirilib ki, hesabatın nəticələrinin açıqlanması məqsədilə İİTKM Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə onlayn mətbuat konfransı keçirəcək. Konfrans iyulun 13-də saat […]
Continue readingAzərbaycanda neft hasilatı 1 mln ton azalıb
2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 mln ton neft (kondensatla birlikdə) hasil edilib. Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib. Hesabat dövründə neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 mln ton az olub. Respublika üzrə hasil edilmiş neftin 12,2 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, […]
Continue readingAzərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda iyulun 8-də 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib. Elitinfo.az xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək deyib ki, yeni Günəş Elektrik Stansiyasının qurulması üçün 9 avqust 2019-cu il tarixdə İsveçrənin “Pure Energy Development” SARL […]
Continue readingKOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıb. KOBİA-dan Elitinfo.az-a bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən KOB subyeklərinin və bankların iştirakı ilə təşkil olunmuş tədbirdə agentliyin və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri güzəştli kreditləşdirmənin yeni mexanizmləri, yeni biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin […]
Continue readingBakının Binəqədi rayonunda su olmayacaq
Bakının Binəqədi rayonunda, 9-cu mikrorayondakı su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün mikrorayona və Zeytunluq ərazisinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə Elitinfo.az-a “Azərsu” ASC-dən bildirilib. Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Continue readingPirşağı qəsəbəsinin bütün küçələri təmir ediləcək
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində ötən il Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin bütün küçə və yolları təmir edilib. Hazırda isə rayonun Pirşağı qəsəbəsində analoji işlərin icrasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr […]
Continue reading“Azərenerji” yeni layihə reallaşdırır
Elitinfo.az “Azərenerji” ASC reaktiv gücün kompensasiyası istiqamətində layihə gerçəkləşdirir. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib. Məlumata görə, bunun üçün 330 kilovoltluq “Yaşma” yarımstansiyasında 120 MVAr gücündə, 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində isə 180 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor quraşdırılır. Yeni reaktorlar Azərbaycan enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulur. Daha dəqiqi, […]
Continue readingNazirlik ticarət obyektləri ilə bağlı maarifləndirici videoçarx hazırladı – VİDEO
İqtisadiyyat Nazirliyi pandemiya ilə mübarizə çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir. Bu istiqamətdə hazırlanan növbəti videoçarx karantin rejimində ticarət obyektlərində yerinə yetirilməli olan tələbləri özündə əks etdirir. Bu barədə Elitinfo.az Nazirliyə istinadən xəbər verir. Məlumata görə, sadə və anlaşılan qrafik izah üzərində qurulan videoçarxda əsas diqqət hər bir ticarət obyektində həm əməkdaşların, həm də alıcıların […]
Continue readingKOBİA sahibkarlara müraciət etdi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznes dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarlara müraciət edib. Elitinfo.az-n KOBİA-ya istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli Qərarına uyğun olaraq, sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin sırasına Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da daxil […]
Continue readingQuba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması yekunlaşır (FOTO)
Elitinfo.az Dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən […]
Continue reading










