Doqquz ay ərzində 195-2 Çağrı mərkəzinə 23 mindən çox müraciət ünvanlanıb

  Yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 23 mindən çox müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, müraciətlər əsasən, istehlakçıların hüquqlarının qorunması, qrant müqavilələrinin qeydiyyatı, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi mexanizmləri, reklam qanunvericiliyi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Çağrı mərkəzinə daxil […]

Continue reading

Üçüncü rübdə SOCAR 1,8 milyon tondan çox neft hasil edib

  Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,8 milyon tondan çox xam neft hasil olunub. Şirkətdən Elitinfo.az-a bildirilib ki, “OPEC+ razılaşması çərçivəsində götürülmüş məhdudlaşdırma öhdəlikləri ilə əlaqədar olaraq, əvvəlki ilin müvafiq dövrünə nisbətən neft hasilatında azalma qeydə alınıb. Hesabat dövründə ölkə üzrə isə 8,2 milyon tonadək neft hasil edilib. Üçüncü rüb ərzində SOCAR üzrə qazma […]

Continue reading

KOBİA: Pandemiya dövründə daxili bazar araşdırmalarının aparılması daha vacibdir

  Biznesin qurulması və inkişafı, yeni məhsul və xidmətlərin istehsalı baxımından bazar araşdırmalarının aparılması önəmlidir. Koronavirus pandemiyası (COVID-19) kimi qeyri-müəyyən dövrlərdə isə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir. Belə ki, pandemiyanın yaratdığı çətinliklər və iqtisadi məhdudiyyətlər şəraitində bazar araşdırması yeni məhsul və xidmətin yaradılması üçün bazarın mövcud vəziyyətini təhlil etməklə sahibkarı mümkün risklərdən və […]

Continue reading

Noyabrın 10-da özəlləşdirmə hərracına 43 müəssisə çıxarılacaq

  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac noyabrın 10-da təşkil ediləcək. Dövlət Xidmətindən Elitinfo.az-a bildirilib ki, hərraca nəqliyyat, inşaat, təmir, quşçuluq, ticarət, istehsal və digər sahələrə aid 43 müəssisə çıxarılacaq. Özəlləşdirməyə çıxarılan müəssisələr paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3710UGJ). Dövlət Xidməti […]

Continue reading

Energetika Nazirliyi xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırıb

  Energetika Nazirliyi xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırıb. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, Energetika nazirinin həmsədr olduğu Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İtaliya, Ukrayna, Qazaxıstan və Vyetnam arasında hökumətlərarası komissiyaların qarşı tərəflərdən həmsədrləri Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən […]

Continue reading

Deputat: Növbəti illərdə də Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək

  Ötən 17 il ərzində Azərbaycan iqtisadiyyatı kifayət qədər ciddi inkişaf yolu keçib. Elitinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, həmin illər ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət […]

Continue reading

Nazirlikdən özəl internet resurslarına xəbərdarlıq: saytların təhlükəsizlik tədbirlərini gücləndirin

  Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan kibermühitdə ölkəmizə qarşı təxribatlarını davam etdirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Elitinfo.az-a bildirilib ki, Ermənistan tərəfindən ölkəmizin bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların […]

Continue reading

BP-nin aztəminatlı ailələrdən olan tələbələrin ali təhsil almasına dəstəyi

  BP və onun “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, “TPAO”, “Petronas”, “MOL”, “LUKoil”, “NICO”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC”, “Itochu”, “ONGC”, “Total”, “Eni” aztəminatlı ailələrdən olan, universitetə yeni daxil olmuş 94 gəncin uğurunu qeyd edir. Bu gənclər BP və tərəfdaşlarının 4 ildir dəstəklədiyi “Gələcəyini Qur” layihəsinin iştirakçılarıdırlar. “BP Azerbaijan” […]

Continue reading

Bağlanmış 4 bankın əmanətçilərinə 543,1 milyon manat kompensasiya ödənilib

  Oktyabrın 14-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 174 əmanətçiyə 543,14 milyon manat kompensasiya ödənişi həyata keçirilib. Elitinfo.az Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 14-dək “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın […]

Continue reading