İşğaldan azad olunmuş Füzuli şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
Hər birimizin qürur mənbəyi olan Silahlı Qüvvələrimiz bu gün də cəbhədən şad xəbərlər göndərib. Bu gün Füzuli şəhərinin erməni işğalından azad olunması bizi çox da uzaqda olmayan qələbəmizə daha da yaxınlaşdırır. “Azərkosmos” ASC-dən Elitinfo.az-a bildirilib ki, “Azersky” peyki vasitəsilə Füzuli şəhərinin ən son əldə olunmuş peyk təsviri təqdim edilib. Mədəniyyət və memarlıq abidələri ilə zəngin […]
Continue reading“Azeri Light” neftinin qiyməti 42 dolları ötüb
Azərbaycan neftinin qiyməti bahalaşır. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 42,45 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingİqtisadiyyat Nazirliyi: 99 obyektdə sanitariya-gigiyena tələbləri pozulub
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, oktyabrın 15-də keçirilmiş monitorinqlər zaman Binəqədi rayonunda “Bizim market”də, “Araz supermarket”də, “Yaxın market”də, Nəsimi rayonunda Elçin Həsənova məxsus “1001 xırdavat”, Rakif Şabanova məxsus “Elektrik malları” mağazalarında, […]
Continue readingRegionlarda ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət olunacaq
Regionlarda ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət ediləcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Elitinfo.az-a bildirilib ki, bəzi regionlarda epidemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb. Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə xidmət tərəfindən ciddi nəzarət ediləcək. Belə ki, avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların […]
Continue reading“Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” ASC-ləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal etməsi, ölkəmizə qarşı hərbi əməliyyatlar aparması, yaşayış məntəqələrində dinc əhalini atəşə tutması və təxribat xarakterli hərəkətləri ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və “Azərsu” ASC-nin rəhbərləri adından Dünya Su Şurasının İdarə Heyətinin üzvlərinə və şurada təmsil olunan təşkilatların rəhbərlərinə […]
Continue readingToxuculuq sənayesi 5,1 faiz artıb
Bu ilin 9 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 338,4 milyon manat dəyərində məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən Elitinfo.az-a bildirilib ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə geyim istehsalında 29,2 faiz, toxuculuq sənayesində 5,1 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabıların istehsalında isə 5,3 faiz azalma müşahidə edilib.
Continue readingBu il “Azəriqaz”da əhali sektoru üzrə 54,3 min yeni abonent qeydiyyata alınıb
Cari ilin yanvar-sentyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 54 min 338 yeni abonent qeydiyyata alınıb. Birlikdən Elitinfo.az-a bildirilib ki, bununla da bu günə olan məlumata görə, “Azəriqaz” üzrə əhali abonentlərinin sayı 2 milyon 303 min 513 nəfərə çatıb.
Continue readingDoqquz ayda dövlət büdcəsinin gəlirlәri 17,9 milyard manat, xərclәri 18,6 milyard manat olub
Maliyyə Nazirliyinin tәqdim etdiyi operativ mәlumatlara əsasən, bu ilin yanvar-sentyabr aylarında dövlәt büdcәsinin gəlirlәri 17 milyard 964,5 milyon manat, xәrclәri 18 milyard 642,1 milyon manat tәşkil edib. Dövlət Statistika Komitəsindən Elitinfo.az-a bildirilib ki, büdcәnin icrasında 677,6 milyon manatlıq vә ya ümumi daxili mәhsulun 1,3 faizi qәdәr kəsir yaranıb.
Continue readingGürcüstanın ümumi xarici borcu 6,76 milyard ABŞ dollarıdır
Oktyabrın 1-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 6,76 milyard ABŞ dolları təşkil edib. Elitinfo.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan Maliyyə Nazirliyinin hesabatında yer alıb. Bildirilir ki, bu məbləğin 6,5 milyard dolları hökumətin payına düşür. Gürcüstanın Azərbaycana olan borcu isə 5,685 milyon ABŞ dollarıdır. Qonşu dövlətin Azərbaycana borcu avqust ayı ilə […]
Continue readingNazirlik: 204 obyektdə epidemiya əleyhinə rejim pozulub
Koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilməlidir. İqtisadiyyat Nazirliyindən Elitinfo.az-a bildirilib ki, bu günlər rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad edir, əsl qəhrəmanlıq tarixi yazır. Belə bir şəraitdə bütün vətəndaşlarımız daha məsuliyyətli olmalı, “gözəgörünməz düşmən” olan koronavirus təhlükəsini də diqqətdən qaçırmamalıdır. Son günlərdə virusa yoluxanların sayının kəskin surətdə artması bu təhlükənin nə qədər ciddi olduğunu […]
Continue reading











