KOBİA İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi ilə niyyət protokolu imzalayıb
İstanbulda keçirilən və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya imkanlarının da təqdim olunduğu “MUSİAD Expo 2020” sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi bir sıra görüşlər keçirib. KOBİA-dan Elitinfo.az-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzinin sədri Eyup Vural […]
Continue readingBu vaxtadək TANAP-la Türkiyəyə 7,6 milyard kubmetr Azərbaycan təbii qazı göndərilib
Bu ilin yanvar-oktyabr aylarında TANAP boru kəməri ilə Türkiyəyə 3,7 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub. Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, 2018-ci il iyun ayının 30-dan cari il noyabrın 1-dək isə TANAP-la Türkiyəyə təqribən 7,6 milyard kubmetr qaz nəql edilib. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının […]
Continue readingOn ayda “Şahdəniz”dən 15 milyard kubmetrədək təbii qaz çıxarılıb
Cari ilin 10 ayında ölkədə keçən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz, yəni 1,6 milyard kubmetr artımla 30,5 milyard kubmetr təbii qaz hasil edilib. Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, qaz hasilatının 9,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə olunub. Hesabat dövründə SOCAR üzrə isə 6,1 milyard kubmetr qaz hasil edilib.
Continue readingCəbrayıl şəhəri və Hadrut qəsəbəsindəki dövlət əhəmiyyətli binalara elektrik enerjisi verilib
Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. ASC-dən Elitinfo.az-a bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyat təminatlı […]
Continue readingAZAL vətəndaşlara müraciət edib
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslərin bərpa olunması barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başlayıb. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı qeyd edilən marşrut üzrə aviabiletlərin yalnız aviaşirkətin çağırış mərkəzi vasitəsilə əldə edilməsinə çağırır. Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola […]
Continue reading“Azərpoçt” Avropa Poçt İttifaqına üzv qəbul olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub. Bu münasibətlə təşkil olunan onlayn iclasda qurumun baş direktoru Emin Əfəndiyev çıxış edib. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, baş direktor “Azərpoçt” MMC-nin 80-dək ölkə ilə birbaşa beynəlxalq poçt mübadiləsi həyata keçirdiyini, fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlar əldə etdiyini, […]
Continue reading“AzerGold”: Kəlbəcər və Zəngilanın qızıl yataqlarının işlənməsi ilə bağlı müraciət daxil olmayıb
Bu gün bəzi yerli kütləvi infomasiya vasitələrində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqqında xəbərlər yayılıb. Elitinfo.az QSC-nin “Facebook” səhifəsinə istinadla xəbər verir ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı […]
Continue reading“OPEC+” ölkələri qlobal neft tədarükünün 1,6 milyard barrel azalmasına töhfə verib
May-oktyabr ayları ərzində OPEC və OPEC-ə üzv olmayan ölkələr (“OPEC+”) qlobal neft tədarükünün təxminən 1,6 milyard barrel azalmasına töhfə verib. Elitinfo.az xəbər verir ki, bu barədə “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 24-cü iclasında deyilib. Məlumata görə, bu, könüllü düzəlişlər də daxil olmaqla bazarın yenidən tarazlaşması üçün mühüm rol oynayıb. Üstəlik, ölkələr […]
Continue readingAZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri bərpa edir
Noyabrın 19-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri bərpa edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş saat 13:00-da, Naxçıvandan uçuş isə saat 16:10-da. Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq. Pandemiya dövründə reyslərin sayının məhdud […]
Continue readingNazirlik: 61 obyektdə epidemiya əleyhinə rejim pozulub
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarəti davam etdirir. Nazirliyin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, noyabrın 16-da aparılan monitorinqlər zamanı Binəqədi rayonunda “Gold geyim mağazası”nda, “Safa store market”də, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “Dəniz mavisi kimyəvi təmizləmə” obyektində, Elvin Qasımova […]
Continue reading



