Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

  Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən Elitinfo.az-a bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 100 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 6,85 faizdir. İstiqrazlar 2022-ci il noyabrın 29-da ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir. […]

Continue reading

“Azəriqaz”: 223,6 minədək abonent güzəştli limit həddini keçib

  Cari ilin 10 ayının iqtisadi göstəricilərinə görə, noyabr ayının 1-nə olan məlumata əsasən, “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 310 min 414 əhali abonentinin cəmi 9,68 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Birlikdən Elitinfo.az-a bildirilib ki, bu da say etibarı ilə 223 min 599 abonent deməkdir. Yerdə […]

Continue reading

“Buta Airways” İzmir istiqamətində reyslərin sayını artırır

  Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslərin sayını artıracaq. “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, dekabr ayının 10-dan etibarən bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Xatırladaq ki, ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız […]

Continue reading

Türkiyə 9 ayda Azərbaycandan 8,3 milyard kubmetrədək təbii qaz alıb

  Sentyabr ayında Türkiyə Azərbaycandan 753 milyon kubmetr təbii qaz idxal edib. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, sentyabrda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi avqust ayı ilə müqayisədə 233 milyon kubmetr azalıb. Azərbaycan sentyabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci yerdə […]

Continue reading

“MFX Trading İnvestisiya şirkəti” Bakı Fond Birjasının üzvlüyünə qəbul edilib

  “MFX Trading İnvestisiya şirkəti” ASC-nin müraciətinə əsasən Bakı Fond Birjası (BFB) noyabrın 25-dən investisiya şirkətini üzvlüyünə qəbul edib. BFB-dən Elitinfo.az-a bildirilib ki, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı doqquza yüksəlib. Birja üzvlərinin siyahısına qeyd olunan linkdən baxmaq olar: https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi  

Continue reading

Azərbaycanın işğaldan azad olunan ərazilərindəki hava limanları ICAO-nun reyestrinə daxil ediləcək

  Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil olunmasını təsdiq edib. Bu barədə Elitinfo.az-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib. “Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin […]

Continue reading

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb

  Yanvar-oktyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb. Elitinfo.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 274 milyon ABŞ dolları, BƏƏ ilə 33,4 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 10,7 milyon dollar olub. İran […]

Continue reading

Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının forumunda təmsil olunub

  Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) video formatda keçirilmiş Rəqəmsal Kommunikasiya Forumu “COVID-19 pandemiyası və sonrakı dövrdə vergi administrasiyalarının kommunikasiya sahəsində fəaliyyəti” mövzusuna həsr edilib. Elitinfo.az Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, tədbirdə pandemiya dövründə vergi administrasiyasında kommunikasiya sahəsində tətbiq edilən yeniliklər və bunun nəticələri, pandemiyanın vergi administrasiyalarının kommunikasiya fəaliyyətinə gətirdiyi dəyişikliklər, […]

Continue reading

“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb

  “Caspian Energy Club”un üzvlərinin “Qarabağ Azərbaycandır!” mövzusunda keçirilən ümumi toplantısı çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin abadlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub. Klubdan Elitinfo.az-a bildirilib ki, “Caspian Energy Club”un üzvləri klubun sədri və baş icraçı direktoru Telman Əliyevin “Caspian Energy Club”un Qarabağda və işğaldan azad olunmuş bütün rayon mərkəzlərində daimi nümayəndəliklərinin yaradılması təklifini yekdilliklə dəstəkləyiblər. […]

Continue reading

Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər

  Noyabrın sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter reyslərinə başlanması nəzərdə tutulur. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bundan əlavə, “SkyUp Airlines” […]

Continue reading