İndiyədək 50-dək əlilliyi olan şəxs KOBİA-nın təlim və məsləhət xidmətlərindən yararlanıb

3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin olunmasında onların sahibkarlıq fəaliyyətinə və özünüməşğulluq proqramlarına cəlb olunması xüsusilə əhəmiyyətlidir. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən əlilliyi olan şəxslər arasında sahibkarlıq fəaliyyəti təşviq edilir, onların biznesə başlamasına və sahibkarlıq fəaliyyətlərinin inkişafına müxtəlif dövlət dəstəyi […]

Continue reading

İşğaldan azad olunan ərazilərin təbii qaz təchizatı üçün ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb

İşğaldan azad edilən ərazilərin təbii qaz təchizatı üçün ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb. “Azəriqaz” İstehsalat Birliyindən Elitinfo.az-a bildirilib ki, məlum olduğu kimi işğaldan əvvəlki dövrdə Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsi Azərbaycan Respublikası tərəfindən təbii qazla təmin olunurdu. Bu məqsədlə magistral və paylayıcı qaz şəbəkəsi də çəkilmişdi. Lakin […]

Continue reading

Şəhid olmuş hərbçilər və həyatını itirmiş mülki vətəndaşların banklara olan kredit borcları silinəcək

  Son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlara aydınlıq gətirilib. Elitinfo.az Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaydığı bəyanata istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırıqları və Mərkəzi Bankın tövsiyəsi ilə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə […]

Continue reading

İqtisadiyyat Nazirliyi: 17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

  İqtisadiyyat Nazirliyi dekabrın 1-də sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, monitorinqlər zamanı Yasamal rayonunda “Ruzi market”də, Elşən Rüstəmova məxsus xırdavat mağazasında, Sabunçu rayonunda Məmməd Abasquliyevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda Zaur Rzayevə məxsus “Tom and Jerry geyim mağazası”nda, “Dokta” MMC-yə məxsus “Aptek və […]

Continue reading

BP Azərbaycanda təhsilin inkişafına dəstək layihələrini davam etdirir

  BP və tərəfdaşları Azərbaycanda təhsilin inkişafına dəstək çərçivəsində iri sosial layihələr həyata keçirməkdə davam edirlər. “BP Azerbaijan” şirkətindən Elitinfo.az-a bildirilib ki, dekabrın 3-də təhsilə dəstək yönündə daha bir layihənin uğurlu yekunlarına həsr olunmuş virtual tədbir keçiriləcək. BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, “Petronas”, MOL, “LUKoil”, […]

Continue reading

“AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında (BFB) “AzerGold” QSC-nin AZ2002019878 dövlət qeydiyyat nömrəli, 10 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. BFB-dən Elitinfo.az-a bildirilib ki, hərrac zamanı 37 investor tərəfindən qiymət intervalı 1 milyon AZN (4 faiz) və 103.4239 AZN (3 faiz) olan 46 sifariş təqdim edilib. Emitentin qərarına əsasən, istiqrazların […]

Continue reading

OPEC Konfransının prezidenti: Bu ildə qlobal neft tələbatının sutkada 9,8 milyon barrel azalacağı gözlənilir

  2020-ci ildə qlobal neft tələbatının sutkada 9,8 milyon barrel azalacağı gözlənilir. Elitinfo.az xəbər verir ki, bu sözləri Əlcəzairin energetika naziri, OPEC Konfransının prezidenti Abdelmadjid Attar OPEC Nazirlər Şurasının videokonfrans formatında keçirilən 180-ci iclasında deyib. O bildirib ki, cari il COVID-19 pandemiyasının dramatik şəkildə insan tələfatları və dolanışıqların pisləşməsinə səbəb olduğu böyük çətinliklərlə dolu il kimi […]

Continue reading

Azərbaycan Qırğızıstanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbini müzakirə edib

  Azərbaycan Qırğızıstanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbini müzakirə edib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Elitinfo.az-a bildirilib ki, qurumun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ilə Qırğızıstanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Lou Muhammed arasında onlayn görüş keçirilib. Y.Abdullayev AZPROMO-nun fəaliyyəti, ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in […]

Continue reading

“Xırdalan dairəsi” yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi” yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a bildirilib ki, yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edir. Qeyd edək ki, köhnə dəmir yolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə […]

Continue reading