Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb. “ADY Konteyner” MMC-dən Elitinfo.az-a bildirilib ki, 15 mininci konteyner Türkmənistan-Türkiyə marşrutu ilə hərəkət edən qatarın tərkibində olub. 40 futluq konteyner Türkmənbaşı limanından operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner”in “Silver Star” fider gəmisi vasitəsilə Bakı Limanına çatdırılıb. Daha sonra ölkəmizin ərazisindən keçərək Gürcüstanın […]
Continue reading“Azeri Light” neftinin bir barreli 50,88 dollara satılır
Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar ucuzlaşaraq 50,88 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue reading“Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən dekabrın 10-da Bakıda keçirilən qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri hazırlanaraq dövriyyəyə buraxılıb. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub. Markalar […]
Continue readingŞəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları “YAŞAT” Fonduna ianə ediblər
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən “YAŞAT” Fonduna ianə edilib. Bu barədə Elitinfo.az-a komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda Vətən müharibəsində şücaətlə iştirak etmiş qəhrəmanlarımız və onların ailələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları da ölkəmizin ərazi bütövlüyü uğrunda […]
Continue readingHövsan Yaşayış Kompleksində güzəştli mənzil satışı davam edir
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı 2020-ci il dekabrın 18-də saat 11:00-da başlayacaq və dekabrın 28-i saat 11:00-dək davam edəcək. MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan Elitinfo.az-a bildirilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq, gözləmə qaydasında mənzillərin […]
Continue readingDövlət Dəniz Agentliyi “YAŞAT” Fonduna 250 min manat köçürüb
Azərbaycan Respublikasının Dövlət Dəniz Agentliyi “YAŞAT” Fonduna 250 min manat pul vəsaiti köçürüb. Bu barədə Elitinfo.az-a agentlikdən bildirilib. Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb.
Continue readingÖlkədəki hava limanları yanvarın 31-dək müntəzəm reyslər üçün bağlı olacaq
2021-ci il yanvarın 31-dək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır. “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) Elitinfo.az-a bildirilib ki, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərin yerinə yetirilməsi davam etdirilir.
Continue readingNeft qiymətləri bahalaşıb
Dünya birjalarında neft qiymətləri bahalaşır. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 48,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar bahalaşaraq 45,63 dollar olub.
Continue readingBakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən yola düşən yük qatarı Gürcüstana çatıb
Dekabrın 4-də İstanbuldan Çinə yola salınan ixrac yük qatarı dekabrın 9-da gecə saatlarında Gürcüstanın Axalkalaki stansiyasına çatıb. Türkiyə istehsalı olan məişət texnikası ilə yüklənmiş 42 konteyner Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 12 gün ərzində Çinə çatmalıdır. Elitinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən məlumat yayıb. Bildirilir ki, BTQ ilə […]
Continue readingMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir
Dekabrın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. Elitinfo.az xəbər verir ki, iclasda “Əmanətlərin tam sığortalanması haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələrini birinci oxunuşda müzakirə olunacaq. İclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru […]
Continue reading




