Neftin qiyməti ucuzlaşıb

  Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Elitinfo.az  xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar ucuzlaşaraq 50,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,27 dollar azalaraq 47,96 dollar təşkil edib.

Continue reading

Bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq gələn il aprelin 5-dək tam sığortalanır – Qanun

  Bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq gələn il aprelin 5-dək tam sığortalanır. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb. Dəyişikliyə əsasən, faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə […]

Continue reading

Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanları araşdırılır

Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun videokonfrans formatında 3-cü iclası keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, iclasda hər iki ölkənin səfirləri, aidiyyəti qurumların nümayəndələri, o cümlədən Azərbaycanın Xarici İşlər və Səhiyyə nazirliklərinin, SOCAR-ın və Qida Təhlükəsizliyi Agentliyinin təmsilçiləri iştirak ediblər. İqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Rövşən Nəcəf […]

Continue reading

Energetika Nazirliyinin əməkdaşları beynəlxalq elmi-texniki konfransda iştirak ediblər

  Energetika Nazirliyinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunmuş kimya mühəndisliyinin aktual problemləri mövzusunda onlayn formatda beynəlxalq elmi-texniki konfransda iştirak ediblər. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, ikinci sessiyasında Energetika Nazirliyinin nümayəndəsi Otel Hüseynov təqdimatla çıxış edib. “Azərbaycan Respublikasında neft-kimya sənayesinin inkişaf mərhələləri” adlı təqdimatda ölkəmizdə neft və neft-kimya sənayesinin tarixi […]

Continue reading

57 “AzerGold”un istiqrazlarının ilk faiz ödənişləri həyata keçirilib

  Dekabrın 24-də “AzerGold” istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib. Elitinfo.az-ın “AzerGold”a istinadən verdiyi məlumata görə, ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb. “Maliyyə bazarına təklif edilmiş istiqrazlar qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold” QSC-nin maliyyə mənbələrinin şaxələndirilməsi, yeni layihələrin icrasına yönəldilməsi ilə yanaşı ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə […]

Continue reading

Azərbaycan nefti 50 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,08 ABŞ dolları və yaxud 2,07 % azalıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 50,97 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə […]

Continue reading

Elman Rüstəmov: Manatın devalvasiyası üçün heç bir əsas yoxdur

  Manatın devalvasiyası üçün heç bir əsas yoxdur. Elitinfo.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, ortamüddətli dövr üzrə sosial inkişaf konsepsiyasının pul-kredit siyasətinin əsas istiqamətləri üzrə 2021-ci ilə dair büdcə layihəsinin müzakirəsi Azərbaycan üçün ən […]

Continue reading

Xəzər rayonunda 52.4 km uzunluğa malik küçə və yolda aparılan təmir işləri bitir – VİDEO / FOTO

    Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən, həmçinin 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilərək yekunlaşdırılır. İmzalanan sərəncama əsasən, agentlik tərəfindən Bakı şəhəri Xəzər […]

Continue reading

Nazir: İqtisadiyyata dəstək üçün kompleks tədbirlər həyata keçirilib, kəskin enişin qarşısı alınıb

  Ölkədə iqtisadiyyata dəstək üçün kompleks tədbirlər həyata keçirilib, kəskin enişin qarşısı alınıb. Elitinfo.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib. S.Şərifov bildirib ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə […]

Continue reading