OPEC-in gündəlik neft istehsalı 25,5 milyon barrelə çatıb
Yanvar ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı artıb. Elitinfo.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı dekabr ayı ilə müqayisədə 180 min barrel artaraq sutkada 25 milyon 500 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 27,4 faizə […]
Continue readingAzərbaycan yanvarda “OPEC plus” üzrə öhdəliyini tam yerinə yetirib
2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barel olub. Bunun 593 min barelini xam neft, 159 min barelini isə kondensat təşkil edib. Bu barədə Elitinfo.az-a Energetika Nazirliyindən məlumat verilib. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında […]
Continue readingAzərbaycan neftinin bir barreli 62,30 dollara satılır
Azərbaycan neftinin qiyməti bahalaşır. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar artaraq 62,30 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir. “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingÖlkəyə idxal edilən 1000 ədəd bioloji fəallığa malik qida əlavəsinin istehlak üçün yararsız olduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, Rumıniyadan Azərbaycana “Jala Pharma” MMC tərəfindən idxal edilən 1000 ədəd 76 kiloqramlıq BIO SELEN ZN 30 CPS əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə baxış keçirilib. Baxış zamanı götürülən nümunələr […]
Continue readingAzərbaycanda əmtəəlik təbii qaz hasilatı artıb
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 7,9 faiz artıb. Dövlət Statistika Komitəsindən Elitinfo.az-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar ayında 3,6 milyard manatlıq və ya 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 3,4 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,4 faiz azalması hesabına […]
Continue readingSahibkarlara fərdi xidmət göstəriləcək
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubu çərçivəsində sahibkarlarla onlayn görüş keçirilib. AZPROMO-dan Elitinfo.az-a bildirilib ki, qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə qeyri-neft-qaz məhsullarının ixracının artırılması, sahibkarlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, iş adamlarına fərdi yanaşmanın tətbiqi barədə fikir mübadiləsi aparılıb. AZPROMO-nun rəhbəri vəzifələrini icra […]
Continue readingQısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Fevralın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən Elitinfo.az-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar martın 10-da ödəniləcək. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və […]
Continue reading“Brent” neftinin qiyməti 61 dolları keçib
Dünya birjalarında neft qiymətləri bahalaşır. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,54 dollar artaraq 61,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,49 dollar bahalaşaraq 58,46 dollar olub.
Continue reading“Azəriqaz” təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır
“Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadəyə görə abonentlərə SMS bildirişlərin göndərilməsinə başlayır. Birlikdən Elitinfo.az-a bildirilib ki, bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir. Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər. Ümumilikdə, birlik üzrə qeydiyyatda olan 2 milyon 400 minə yaxın əhali abonentinin araşdırma zamanı təxminən 700 minədək abonentin mobil telefon nömrələrinin baza məlumatlarında əksini […]
Continue readingEnergetika Nazirliyi keçən il 424 inzibati xəta haqqında işə baxıb
Energetika Nazirliyi ötən il 424 inzibati xəta haqqında işə baxıb. Elitinfo.az nazirliyə istinadla xəbər verir ki, 2020-ci il ərzində İnzibati Xətalar Məcəlləsinin 279, 281 və 282-ci maddələrinə əsasən 424 inzibati xəta haqqında işə baxılıb. Baxılmış işlərdən 228 iş üzrə inzibati tənbeh vermə haqqında, 50 iş üzrə inzibati icraata xitam verilməsi haqqında, 11 işin rədd […]
Continue reading