Neft qiymətləri bahalaşır
Dünya birjalarında neft qiymətləri bahalaşıb. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar artaraq 68,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 64,96 dollar olub.
Continue readingMərkəzi Bank beynəlxalq “ISO20022 Hackathon” tədbirində iştirak edir
Yeni rəqəmsal texnologiyaların tətbiqinin genişləndiyi son illərdə dünyanın aparıcı ölkələrinin maliyyə və ödəniş sistemlərində ISO20022 standartına keçid qlobal miqyasda bir trendə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn prioritetlərin icrası çərçivəsində istifadəçidən istifadəçiyə əməliyyat proseslərini avtomatlaşdırmağa […]
Continue reading“Azeri Light” nefti 68 dollardan baha satılır
Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,34 dollar ucuzlaşaraq 68,04 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingNazir: Aİ şirkətlərinin 80 faizindən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini ifadə edib
“Aİ Biznes Mühiti Hesabatı 2020” sənədinin təqdimatı keçirilib. Elitinfo.az xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb: “Azərbaycanda təmsil olunan Avropa İttifaqı şirkətlərinin 80 faizindən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini ifadə edib. (ötən il 75 faiz təşkil edib). Bu, dövlətimizin artan nüfuzunun daha bir göstəricisidir”. […]
Continue reading“Azəriqaz” şəhid ailələrinin qaz təsərrüfatına dair müraciətlərini diqqətdə saxlayır
“Azəriqaz” İstehsalat Birliyi Vətən müharibəsinin iştirakçısı olan qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailələrinin qaz təsərrüfatına dair müraciətlərini diqqətdə saxlayır. Birlikdən Elitinfo.az-a bildirilib ki, belə müraciətlərdən biri də Siyəzən rayonunun Balaca Həmyə kəndindən ünvanlanıb. Xüsusi Təyinatlı Qüvvələrin giziri Ağali Ağayev Vətən müharibəsində cəsarətlə döyüşüb. Vətənin hər qarış torpağını geri qaytarmaq üçün […]
Continue readingAzərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadıldı
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb. Elitinfo.az-ın xəbərinə görə, bununla bağlı “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi. Qeyd […]
Continue readingQadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Ölkəmizin ictimai, sosial-iqtisadi və mədəni həyatında qadınlar xüsusi rol oynayırlar, Vətənimiz üçün layiqli, vətənpərvər övladların tərbiyə olunmasında Azərbaycan qadınlarının rolu böyükdür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Elitinfo.az-a bildiriblər ki, qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolu, mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. 2021-ci ilin 1 […]
Continue reading“Brent” markalı neftin qiyməti 71 dolları ötüb
Dünya birjalarında neft qiymətləri bahalaşır. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,85 faiz bahalaşaraq 71,34 dollar təşkil edib. Son dəfə “Brent” markalı neftin qiyməti ötən ilin yanvarında 71 dollardan yüksək olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti […]
Continue readingKOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsinin yekun konfransı keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Elitinfo.az-a bildirilib ki, tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin regionlarda sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib, dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndiriləcəyini vurğulayıb. Qeyd olunub […]
Continue readingAzərbaycan neftinin bir barreli 65,96 dollara satılır
Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar ucuzlaşaraq 65,96 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue reading