“Azeri Light” neftinin bir barreli 68,82 dollara satılır
Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,90 dollar ucuzlaşaraq 68,82 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingQısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Martın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən Elitinfo.az-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar aprelin 14-də ödəniləcək. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və […]
Continue reading“Azəriqaz”: Martın 13 günündə ötən illə müqayisədə 100 milyon kubmetr çox qaz qəbul edilib
Son 2 gündə ölkə üzrə təbii qaza olan tələbatda artım müşahidə olunmaqdadır. Bu tələbata uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi əhali xətlərini əhatə edən şəbəkəyə qazın qəbulunu artırmaq məcburiyyətində qalıb. Elitinfo.az xəbər verir ki, bu barədə birliyin baş direktoru Ruslan Əliyev öz “Facebook” sosial şəbəkə ünvanında paylaşım edib. R.Əliyev bildirib: “Təkcə martın 13-də əhali xətlərinə […]
Continue readingMikayıl Cabbarov: Qeyri-neft sənayesi 12,8 faiz artıb
Qeyri-neft sənayesində 12,8 faiz artım olub. Elitinfo.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. “2021-ci ilin yanvar ayı üzrə qeyri-neft sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 1 milyard 28 milyon manat təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artıb. Qeyri-neft emal sənayesi isə ötən […]
Continue readingNeft qiymətləri bahalaşır
Dünya birjalarında neft qiymətləri bahalaşıb. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar artaraq 69,60 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar bahalaşaraq 65,99 dollar olub.
Continue readingNeft qiymətləri ucuzlaşır
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar geriləyərək 69,22 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar ucuzlaşaraq 65,61 dollar olub.
Continue readingAzərbaycan neftinin qiyməti 70 dollara çatır
Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,12 dollar artaraq 69,72 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue reading“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir
Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. ASC-dən Elitinfo.az bildirilib ki, bununla əlaqədar Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və […]
Continue readingOPEC: İlin ikinci yarısında qlobal neft tələbatı artacaq
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal xam neft tələbatının artacağını gözləyir. Elitinfo.az OPEC-ə istinadla xəbər verir ki, ilin ikinci yarısında peyvəndlə bağlı səylərdəki irəliləyişlər və iqtisadiyyatlardakı müsbət dinamikanın istehlaka müsbət təsiri fonunda qlobal neft tələbatının artacağı gözlənilir. Avropa ölkələrində yeni tip koronavirus epidemiyası ilə mübarizə çərçivəsində görülən genişmiqyaslı tədbirlər və ABŞ-da işsizlik səviyyəsinin yüksək […]
Continue reading“Azəriqaz” sabah xidmət sahəsinə əlavə işçi qüvvəsi cəlb edəcək
Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda martın 12-dən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, güclü küləyin əsəcəyi barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatını əsas tutaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında problemlərin yaşanmaması üçün müvafiq tədbirlərə başlayıb. Elitinfo.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən […]
Continue reading