“Suğra və oğulları” filminin təqdimatı keçirildi – VİDEO

Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan “Suğra və oğulları” filminin ilk təqdimat videosu tamaşaçıların ixtiyarına verilib. Mərkəzdən Elitinfo.az-za verilən məlumata görə, çəkilişlərində Almaniyanın “Salar Film” və Fransanın “Arizona Production” şirkətlərilə yaxından əməkdaşlıq edilən filmdə İkinci Dünya müharibəsi dövrü Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs olunur. Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində […]

Continue reading

“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi

Elitinfo.az Mayın 18-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi. Konfrans Mədəniyyət Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə reallaşdı. Tədbir İCOM Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın moderatorluğu ilə keçirildi. İki hissədən ibarət konfransın birinci hissəsində Şirin […]

Continue reading

“World Heritage 3D Scanning” proqramı vasitəsilə təqdimat

  18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi ilk dəfə olaraq Qız qalası memarlıq abidəsini “World Heritage 3D Scanning” proqramında təqdim edib. Elitinfo.az xəbər verir ki, layihə Almaniyanın “EKМ Global Consulting GmbH” şirkəti (www.ekmgc.de) və mədəni irs üzrə startaper Səbinə Zülalovanın (sabinazulalova.com) birgə əməkdaşlığı ilə həyata keçirilib. […]

Continue reading

Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü ilə bağlı təqdimatlar keçirəcək

18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir. Mədəniyyət Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, Azərbaycan Milli Xalça Muzeyi […]

Continue reading

“Mənim günahım” tamaşası onlayn nümayiş edilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi “facebook” səhifəsində “Mənim günahım” tamaşası (videoçəkilişi) canlı yayım vasitəsilə nümayiş olunub. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilib. Tamaşada ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça […]

Continue reading

Nizami Muzeyində “virtual açıq qapı” təşkil olunacaq

Beynəlxalq Muzeylər Günündə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etmək istəyən insanların marağını təmin etmək məqsədilə muzeydə “virtual açıq qapı” təşkil olunacaq. AMEA-dan Elitinfo.az-a bildirilib ki, muzeyin bələdçiləri tərəfindən virtual ziyarətçilərə muzeyin zalları, qiymətli eksponatları – əlyazmalar, arxeologiya nümunələri, miniatürlər, xalçalar, memarlıq abidələrinin maketləri, eləcə də ölkəmizin görkəmli ədəbi şəxsiyyətlərinin həyat və […]

Continue reading

Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə konsert 3 telekanalda yayımlanacaq

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert bu gün 21:30-da Azərbaycan Televiziyası, İctimai TV və Real TV-də yayımlanacaq Elitinfo.az-ın xəbərinə görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert proqramı hazırlanıb. Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan layihə […]

Continue reading

BŞİH başçısı: “Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq”

“Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq” – Eldar Əzizov “Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır”. Elitinfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: “Heykəltaraşlar işləyir,  Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlinin ucaldılması asan başa gələn proses deyil. Yaxın […]

Continue reading

İncəsənət-xeyriyyə layihəsindən əldə olunan vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə incəsənət-xeyriyyə layihəsi həyata keçirib. İdarədən Elitinfo.az-a bildirilib ki, layihə çərçivəsində qurum tərəfindən Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edilmişdi. Əsərlər idarənin […]

Continue reading

Parlamentin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında dörd məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Parlamentin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, iclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara təklif edilən […]

Continue reading