AFFA VAR sistemi barədə FIFA ilə müzakirələr aparacaq

Azərbaycan VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun olaraq start verilib. Elitinfo.az AFFA-ya istinadla xəbər verir ki, qarşıdakı günlərdə bununla əlaqədar FIFA ilə videokonfrans formatında görüş keçiriləcək və mövcud vəziyyət həmçinin, həyata keçiriləcək işlər müzakirə olunacaq. Xatırladaq ki, VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə […]

Continue reading

Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinə uğurla start verib

  Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü mərhələsinin ilk yarış günündə 5 turda mübarizə aparıb. Elitinfo.az xəbər verir ki, “Opera Euro Rapid” adlanan turnirin birinci turunda şahmatçımız Almaniya təmsilçisi Matias Blubaumla heç-heçə edəndən sonra növbəti oyunda amerikalı şahmatçı Sem Şenklandı məğlub edib. Sonrakı oyunlarda ABŞ-ın digər təmsilçisi Leyner Dominqez, Polşa […]

Continue reading

AFFA Gəncədə Futbol Akademiyası açacaq

“O vaxt iş adamlarının maliyyə imkanları var idi, futbola pul buraxırdılar. Sonra problemlər oldu, əllərini çəkdilər”. Elitinfo.az məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. Milli assosiasiya rəsmisi bildirib ki, futbolda məcburi heç nə olmur: “Şərqi Avropa ölkələrində futbol sosial layihədir. Çox az klub mənfəət əldə edir. Ümidlə yaşayırlar ki, nə vaxtsa futbolçu yetişdirib […]

Continue reading

Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının lideridir

Artıq iki turniri başa çatan “Champions Chess Tour” onlayn şahmat seriyasının umumi sıralaması açıqlanıb. Elitinfo.az xəbər verir ki, iki turnirin nəticəsinə görə seriyaya qrossmeysterimiz Teymur Rəcəbov başçılıq edir. Sıralamada ikinci yeri amerikalı Uesli So, üçüncü yeri isə erməni Levon Aronyan tutur. Seriyanın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen isə ümumi hesabda dördüncü pillədə qərarlaşıb. Qeyd […]

Continue reading

Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ilin noyabrında keçiriləcək

  Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ilin noyabrında keçiriləcək. Elitinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında məlumat verilib. Turnir noyabrın 24-dən dekabrın 16-dək Dubayda “Expo-2020” çərçivəsində keçiriləcək. Qeyd edək ki, ötən il martın 15-də Yekaterinburq şəhərində start götürən iddiaçılar turniri koronavirus pandemiyasına görə həmin ayın 26-da dayandırılıb. Yarışın qalibi […]

Continue reading

Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu

Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni baş məşqçi, Belarus mütəxəssisi Olqa Barkalava təyin olunub. Azərbaycan Gimnastika Federasiyasından Elitinfo.az-a verilən  məlumata görə, Olqa Barkalava 22 ildir ki, qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. Son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə təyinatından sonra verdiyi […]

Continue reading

Azərbaycan millisinin heyəti açıqlanıb

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Elitinfo.az AFFA-ya istinadla xəbər verir ki, yanvarın 18-dən 30-dək Bakıda hazırlıq keçəcək millinin düşərgəsinə 20 futzalçı dəvət olunub. Heyətdə Ramiz Çovdarov, Rövşən Hüseynli (hər ikisi “Araz”), Emin Kürdov (EKOL), Rizvan Fərzəliyev, […]

Continue reading

Millimizin Bakıda təlim-məşq toplanışı keçiriləcək

  Yanvarın 14-dən 22-dək Bakıda 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. Elitinfo.az xəbər verir ki, toplanışa Nərgiz Əliyeva (“Marxal”), Samirə Aşırova (“Balxurma”), Lamiyə Əlizadə (8 – iOEUGiM), Nazar Tanrisever (“Kayseri Gencler Birliği”, Türkiyə), Ləman Niftəliyeva (“Fidan”), Nigar Mirzəliyeva (“Balxurma”), Coşqunə Əliyeva (“Marxal”), Neslihan Bozkaya (“Kemer”, Türkiyə), Nigar Əhmədova (8 – iOEUGiM), […]

Continue reading

Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu

  Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub. Elitinfo.az xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb. Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı […]

Continue reading

Bu gün Teymur Rəcəbov erməni rəqibi ilə ikinci dəfə qarşılaşacaq

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunacaq. Elitinfo.az-ın məlumatına görə, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparacaq. Azərbaycan şahmatçısı artıq birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur […]

Continue reading