Yan Oblak Sloveniyada ilin futbolçusu seçilib
İspaniyanın “Atletiko Madrid” futbol klubunun qapıçısı Yan Oblak ölkəsində – Sloveniyada ilin ən yaxşı futbolçusu seçilib. “Elitinfo.az” xarici KİV-lərə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu bu mükafata dördüncü dəfə layiq görülüb. Y.Oblak 2018-ci ildə Madrid klubunun heyətində 50 oyunda 36 qol buraxıb. O, həmçinin UEFA Avropa Liqasının və Avropa Super kubokunun qalibi olub. Futbolçu Fransanın […]
Continue readingUEFA 2019-cu ildə ulduz statusu ala biləcək futbolçuların siyahısını açıqlayıb
UEFA 2019-cu ildə ulduz statusu ala biləcək gənc futbolçuların siyahısını açıqlayıb.“Elitinfo.az” xəbər verir ki, “50-lik”də Türkiyə millsinin iki oyunçusu da var. Bunlar “Alanyaspor”un formasını geyinən 20 yaşlı Merih Demiral və “Qalatasaray”da çıxış edən 18 yaşlı Ozan Kabakdır. Hər iki futbolçu mərkəz müdafiəçisidir. Siyahıya Moskva MOİK-nin iki üzvü – yarımmüdafiəçi İlzat Axmetov və hücumçu Fyodr Çalov […]
Continue readingFİDE rapid üzrə reytinq siyahısını açıqlayıb
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2019-cu il yanvarın 1-nə olan rapid üzrə yeni reytinq siyahısını açıqlayıb. “Elitinfo.az” xəbər verir ki, norveçli Maqnus Karlsenin (2869) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 4-cüdür (2810). Dünyanın 100 ən güclü rapidçiləri arasında şahmatçılarımız Eltac Səfərli (2708), Qədir Hüseynov (2684) və Rauf Məmmədov (2667) da yer alıblar.
Continue readingPortuqaliya klubu ardıcıl qazandığı qələbələrə görə rekord müəyyənləşdirib
Portuqaliyanın “Portu” komandası ardıcıl qazandığı qələbələrə görə özünün yeni rekordunu müəyyənləşdirib. “Elitinfo.az” klubun “Twitter” sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, Serjiu Konseysaunun rəhbərlik etdiyi kollektiv buna Liqa Kubokunun qrup mərhələsində “Belenensiş”i 2:1 hesabı ilə məğlub etdiyi matçda nail olub. Bu, komandanın bütün turnirlər daxil olmaqla ard-arda qazandığı 16-cı qələbədir. Qeyd edək ki, “Portu” 14 […]
Continue reading“Qəbələ”də işləmiş mütəxəssis “Feyenoord”da
“Qəbələ” Futbol Akademiyasının sabiq direktoru Stenli Brard yenidən “Feyenoord”a qayıdıb. 60 yaşlı mütəxəssis futbolçu kimi çıxış etdiyi Rotterdam klubunun gənclər akademiyasının rəhbəri təyin olunub. Qeyd edək ki, Brard 2013-2015-ci illərdə “Qəbələ”də işləyib.
Continue readingFIDE keçirdiyi yarışlar üçün minimal mükafat fondu müəyyənləşdirib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişi və qadınlar arasında turnirlər üçün minimal mükafat fondunun məbləğini müəyyənləşdirib. “Report”un məlumatına görə, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç özünün şəxsi “Twitter”i vasitəsilə açıqlama verib. Rusiyalı funksioner bildirib ki, mükafat fondu müvafiq olaraq, 250 min avro və 100 min avrodan aşağı endirilə bilməz. Buna əməl edilməyəcəyi təqdirdə, hər iki turnir […]
Continue readingTürk futbolçuya qiymət qoydular – 30 milyon avro
Cari mövsümdə “Trabzonspor”un heyətində göstərdiyi oyunla diqqətləri üzərinə çəkən Abdülkadir Ömürün transfer qiyməti məlum olub. “Elitinfo.az” xəbər verir ki, Qaradəniz təmsilçisi 19 yaşlı futbolçunun transfer qiymətini açıqlayıb. “Mançester Siti”, “Liverpul” və “Roma” kimi klubların maraqlandığı iddia edilən futbolçunun transfer qiyməti 30 milyon avro olaraq müəyyənləşdirilib. “Trabzonspor”la 2022-ci ilədək müqaviləsi olan Abdülkadir, bu mövsüm iştirak […]
Continue readingFransada 2018-ci ilin ən yaxşı futbolçusu açıqlanıb
2018-ci ildə Fransanın ən yaxşı futbolçusu açıqlanıb. “Elitinfo.az” xəbər verir ki, “France Football” nəşri PSJ-nin hücumçusu Kilian Mbappeni bu ada layiq görüb. 20 yaşlı oyunçu “Qızıl Top” mükafatının səsverməsində isə 4-cü olub. Qeyd edək ki, Kilian Mbappe bu il Fransa milli komandasının heyətində dünya çempionu olub.
Continue readingİspaniya klubu yeni baş məşqçisini açıqlayıb
İspaniyanın “Real Sosyedad” klubunun yeni baş məşqçisi müəyyənləşib. “Elitinfo.az” xəbər verir ki, komanda İmanol Alquasilə həvalə olunub. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. Alquasil bu gün istefaya göndərilən Asyer Qaritanonu əvəzləyib. Qeyd edək ki, İmanol Alquasil daha öncə “Real Sosyedad”ın gənclər komandasına rəhbərlik edib.
Continue readingAFFA və UNICEF birgə təlimat kitabçaları hazırlayıb
AFFA və UNICEF-in birgə əməkdaşlığı çərçivəsində futbolda zorakılıq hallarına yol verilməməsi üçün təbliğat xarakterli təlimat kitabçaları hazırlanıb. “Elitinfo.az” xəbər verir ki, kitabçaların nəşrində əsas məqsəd futbolçulara gənc yaşlarından fair-play prinsiplərinin aşılanması, futbolda uşaq-yeniyetmə və gənclər üçün təhlükəsiz ətraf mühitin yaradılmasında məşqçilərə köməklik göstərilməsidir. Uşaq və gənclər üzrə daxili liqalarda iştirak edən komandaların və milli komandaların […]
Continue reading









