“Azəriqaz” yanında İctimai Şura qazın yeni qiymətinə qarşı bəyanat verdi

  Azərbaycan Respublikası Tarif Şurasının 16.10.2021 tarixli iclasında qazın tariflərinə yenidən baxılıb. Beləliklə iclasda qəbul olunan qərarla, qazın tarifinə əlavə dəyişikliyin edilməsi qərarlaşdırılıb,  nəticədə qazın ilkin 1200 kub metrlik limit üçün qiyməti 20%  (iki qəpik)  artırılıb. Elitinfo.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura bununla bağlı bəyanat verib. Bəyanatda deyilir: “Biz “Azəriqaz” İstehsalat Birliyi […]

Continue reading

ÖLKƏMIZDƏ SOSIAL PROBLEMLƏRIN HƏLLINƏ DAHA ÇOX DIQQƏT AYRILIR

Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır. Aztəminatlı ailələlərin sosial şəraitinin yaxşılaşdırılmasından tutmuş,təhsilin keyfiyyətinin yaxşılaşdırılması,,müasir tələblərə cavab verən yeni nəslin yetişdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Qadınlarının Haqlarını Müdafiə mərkəzi” İB sentyabr ayından başlayaraq rayonlarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin […]

Continue reading

Daha 4 qazimiz Türkiyəyə göndərilib

  Vətən müharibəsində ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a verilən xəbərə görə, həmin qazilər Əkbərov Xəyal Hüseyn oğlu, Məmmədov Azər Arif oğlu, Əliyev Kamran Yasir oğlu və Duniyev Kamil Əlibala oğludur. “YAŞAT” Fondu tərəfindən Türkiyədən […]

Continue reading

İTV-nin Yayım Şurasına yeni üzvlərin namizədliyi irəli sürüldü

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlərinin namizədlikləri irəli sürülüb. Elitinfo.az–ın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci il 6 oktyabr tarixdə videokonfrans formatında keçiriləcək iclasının gündəliyinə “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi” daxil edilib. Namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:   Sahibkarlar Şurası tərəfindən: […]

Continue reading

“Gənclərin Həmrəyliyi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

Gənclər Fondunun 15-ci Qrant müsabiqəsinin “Qarabağı Tanıyaq” adlı layihəsi ilə qalib olmuş “Gənclərin Həmrəyliyi” İctimai Birliyi 4 bölgədə Mingəçevir, Gəncə, Balakən və Qaxda 100 Gəncin iştirakı ilə Qarabağın erməni vandalları tərəfindən dağıdılmış abidələrimiz haqqında ESSE yazaraq təlim-müsabiqədə iştirakı ilə layihə həyata keçiriləcəkdir. Elitinfo.az xəbər verir ki,təlimə abidələri araşdıran AMEA-tarixçi alimləri və QDF-nın əməkdaşı qoşularaq Gənclərə […]

Continue reading

DYP yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Bu barədə   İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O, yağışlı hava şəraiti ilə əlaqədar sürücülərdən yollarda diqqətli olmasını xahiş edib: “Sürücülər yağışın əmələ gətirdiyi gölməçələrdən keçərkən piyadaları nəzərə alsınlar. Bu, paytaxtımızda insanların daha çox […]

Continue reading

Qarabağ Dirçəliş Fondunun sədri QHT nümayəndələri ilə görüşüb

Qarabağ Dirçəliş Fondu (QDF) Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT nümayəndələri ilə işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi və bərpa-quruculuq işlərinə həsr olunan fikir mübadiləsi görüşü keçirib. Elitinfo.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Prezident Administrasiyasının QHT-lərlə iş və […]

Continue reading

“Azəriqaz” İB yanında İctimai Şuranın növbəti iclası keçirilib

  “Azəriqaz” İB yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın növbəti, sayca 3-cü genişləndirilmiş iclası keçirilib. İB-dən Elitinfo.az-a bildirilib ki, iclasda Şura sədri Xəyal Bəşirov, sədr müavini Rəşad Quliyev və üzvlər – Eyyub Hüseynov, Vüqar Rəhimzadə, Qorxmaz İbrahimli, Şaban Nəsirov, Mais Əliyev, Elçin Salmanov və Zaur Quliyev iştirak ediblər. Şura üzvləri ilə bərabər […]

Continue reading

“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək

  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeni dərs ili ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən mətbuata daxil olan müraciətdə qeyd olunub ki, yeni dərs ilində ölkəmizin ümumi təhsil müəssisələrində, eləcə də ali, orta ixtisas və digər təhsil ocaqlarında tədrisin ənənəvi şəkildə təşkili təhsil alanların, xüsusilə uşaq və yeniyetmələrin küçə və yollarda hərəkəti […]

Continue reading

DİN: Ötən gün altı nəfər aktiv koronavirus xəstəsi saxlanılıb

Sentyabrın 15-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) […]

Continue reading