ÜST: Koronavirus ilə əlaqədar ölüm hallarının sayı iki milyonu ötə bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar ölüm hallarının artacağına dair xəbərdarlıq edib. Elitinfo.az xəbər verir ki, beynəlxalq qurum gələn həftə COVID-19 xəstəliyi ilə əlaqədar ölənlərin sayı dünya üzrə bir milyon nəfərə çata bilər. ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, pandemiya qurbanlarının sayının iki milyon olacağını təsəvvürə gətirmək olmur, lakin […]
Continue readingLeyla Əliyevanın təşəbbüsü ilə növbəti həyət abadlaşdırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Bakı şəhər İcra Hakimiyyətindən Elitinfo.az-a verilən məlumata görə, yenilənmiş həyət Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən, 1500 nəfərə yaxın sakinin yaşadığı 88, 90, 92 saylı binaları əhatə edir. “Bizim […]
Continue readingNümunəvi dönərxanalar yaradılacaq
Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yaradılacaq 20 dönərxana nümunəvi dönərxana kimi təqdim edilməlidir. Elitinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib. Onun sözlərinə görə, […]
Continue readingBakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi əməkdaşlığa dair memorandum imzalayıb
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) əməkdaşlığa dair memorandum imzalayıb. Elitinfo.az xəbər verir ki, əməkdaşlığa əsasən, RİİB nümayəndələri və könüllülərinin apardıqları monitorinqlər, ictimai nəzarət tədbirləri, sorğular və müşahidələr nəticəsində əldə olunan informasiya və təkliflər barədə icra hakimiyyəti ilə məlumat mübadiləsi aparılacaq, birgə layihələr, tədbirlər və sosial aksiyalar həyata keçiriləcək. Memorandum çərçivəsində […]
Continue readingNazirlər Kabineti: Bakı, Sumqayıt və Abşeronda bağçalar oktyabrın 1-dən açılır
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Elitinfo.az-n məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 330 №li Qərarı bu gün […]
Continue readingUniversitetlərə keçid balları – DİM dərc etdi
Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. “Abituriyent” jurnalının xüsusi buraxılışında 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış […]
Continue readingİbtidai siniflərdə dərslər 25 dəqiqə olacaq – Foto
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub. Elitinfo.az xəbər verir ki, ibtidai siniflərin dərsi 25 dəqiqə davam edəcək. Bununla bağlı artıq müəllimlər tərəfindən valideynlərə dərs cədvəli də göndərilir. Birinci qrupun dərsi saat 08:00-dan 09:25 aralığında olacaq. […]
Continue readingAzərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 7-nə olan statistik göstəriciləri açıqlayıb. Elitinfo.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 936 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 967 040 test aparılıb. Aktiv xəstə sayı 2 030 nəfərdir, onlardan 139 nəfər reanimasiyadadır, 12 nəfər isə […]
Continue readingSuranın dəstəyi ilə QHT layihənin icrasını yekunlaşdırdı
“ Sosial İqtisadi və Ekoloji İnkişaf ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Elektron Hökumətin İnkişafı Mərkəzi –nin dəstəyi ilə “Regionlarda kiçik və orta sahibkarlar arasında elektron xidmətlərin təşviqi” layihəsini həyata keçirir. Layihə maarifləndirmə tədbirləri vasitəsilə regionlarda kiçik və orta sahibkarların elektron xidmətlərdən istifadə edilməsi ilə bağlı bilik və […]
Continue reading“Sosial bağlar” layihəsi çərçivəsində iştirakçılara dəstək tədbirləri həyata keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsinə cəlb olunan iştirakçılara dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, ilk növbədə, iştirakçıların və onlar üçün yaradılacaq bağçılıq təsərrüfatının növ seçimi aparılır, iştirakçılar üçün biznesə […]
Continue reading











