19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır
2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Bu barədə Elitinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumatda bildirilir.
Continue readingKoronavirusla bağlı baş verəcək fəsadlaşmaların qarşısını almaq üçün hər kəs məsuliyyətli olmalıdır
Otuz ilə yaxındır düşmən tapdağında olan bir sıra şəhər, kənd və vacib yüksəkliklərin erməni vandallarından xilası hər bir Azərbaycan vətəndaşının ürəyini dağa döndərir. Düşməni öz döyüşkən ruhu, qəzəbi və amansız mübarizəsi ilə lərzəyə salan ordumuza dəstək üçün xalqımızın həmrəyliyi, ön cəbhədə əsl qəhrəmanlıq göstərən oğullara dəstək məqsədilə hər kəsin bir yumruq kimi birləşməsi, eyni […]
Continue readingDövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Miqrasiya Xidməti (DMX) Azərbaycanda yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. DMX-dən Elitinfo.az-a verilən məlumata görə, müraciətdə dünya dövlətlərinin pandemiya ilə mübarizə apardığı bir zamanda Azərbaycan Respublikasının Ermənistanın ənənəvi işğalçılıq və təhrik siyasəti nəticəsində tarixinin mürəkkəb və bir o qədər də həlledici dövrünə qədəm qoyduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan torpaqlarının 30 ilə yaxındır […]
Continue readingVətəndaşlar Prezidentə yazırlar: Biz hamımız Sizi dəstəkləyir, uzaqgörən siyasətinizə inanırıq
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları xalqımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür. Qeyd edək ki, Azərbaycan vətəndaşlarından əlavə bir sıra xarici ölkələrin vətəndaşları da dövlətimizin başçısına məktublar ünvanlayırlar. Elitinfo.az Prezidentin […]
Continue readingVətəndaşlar Prezidentə yazırlar: “Ordumuzun qələbələri sizin rəhbərliyinizin nəticəsidir”
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyiqələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Vətəndaşlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar. Elitinfo.az xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur. İsmayıllı rayonundan Xalidə Əhmədova bildirib: […]
Continue reading“Azərsun Holdinq”in rəhbərindən Azərbaycan ordusuna 1 milyonluq dəstək
“Azərsun Holdinq”in rəhbəri, iş adamı Abdolbari Goozal qələbə uğrunda rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrimizin Yardım Fonduna 1 milyon manat ianə edib. İş adamı Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazdığını bildirib. Abdolbari Goozal rəhbərlik etdiyi “Azərsun Holdinq” tərəfindən hər zaman olduğu kimi ölkəmizdə ərzaq təhlükəsizliyinin ən […]
Continue readingŞuranın dəstəyilə monitorinqlər həyata keçirilib
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi AR-nın Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” layihəsinin ikinci mərhələsini başa çatdırıb. Bu barədə təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva Elitinfo.az-a məlumat verib. Layihənin cari mərhələsi bir neçə komponenti özündə ehtiva edib. İlk növbədə “2016-2020-ci […]
Continue readingSabaha Bakıda 26 dərəcə isti olacaq
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elitinfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə […]
Continue readingÜST: Koronavirus ilə əlaqədar ölüm hallarının sayı iki milyonu ötə bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar ölüm hallarının artacağına dair xəbərdarlıq edib. Elitinfo.az xəbər verir ki, beynəlxalq qurum gələn həftə COVID-19 xəstəliyi ilə əlaqədar ölənlərin sayı dünya üzrə bir milyon nəfərə çata bilər. ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, pandemiya qurbanlarının sayının iki milyon olacağını təsəvvürə gətirmək olmur, lakin […]
Continue readingLeyla Əliyevanın təşəbbüsü ilə növbəti həyət abadlaşdırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Bakı şəhər İcra Hakimiyyətindən Elitinfo.az-a verilən məlumata görə, yenilənmiş həyət Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən, 1500 nəfərə yaxın sakinin yaşadığı 88, 90, 92 saylı binaları əhatə edir. “Bizim […]
Continue reading









