Tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldı
Bu gün Prezident İlham Əliyev xalqımıza daha bir qələbə müjdəsi verdi: Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Elitinfo.az bu xoş gündə məşhur körpünün tarixinə qısaca nəzər salır. Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunan Xudafərin körpüsü XI əsrə aid unikal abidədir. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılmış və sonradan […]
Continue readingDövlət Komissiyası: Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə və davranışa görə minnətdarlıq ediblər
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov Ermənistan silahlı qüvvələrinin cari il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı başladığı hərbi əməliyyatlar zamanı yaralı vəziyyətdə əsir düşmüş Ermənistan hərbçiləri – 13.11.2001-ci il təvəllüdlü Sarqsyan Areq Siraki, 23.05.2001-ci il təvəllüdlü Amircanyan Narek Qariki və 07.09.2001-ci il təvəllüdlü […]
Continue readingTürkiyənin Qazi və Şəhid Ailələri dərnəkləri Azərbaycana dəstək ifadə edən bəyanat yayıblar
Türkiyənin müxtəlif şəhərlərində Qazi və Şəhid Ailələri dərnəklərinin rəhbərləri və üzvləri Azərbaycana dəstək ifadə edən bəyanat yayıblar. Elitinfo.az xəbər verir ki, bəyanatda Ermənistan ordusunun Gəncə şəhərinə terror hücumları sərt şəkildə qınanmaqla, Azərbaycan dövlətinin işğal altındakı əzəli torpaqlarını azad etmək əzminə dəstək ifadə olunub: “Azərbaycan Prezidentinə və hökumətinə, Azərbaycan Ordusuna, Azərbaycan xalqına güvənimiz və dəstəyimiz tamdır. […]
Continue readingAzərbaycanda koronavirus infeksiyasına 647 yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, daha 134 nəfər sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 37 nəfər müalicə olunaraq sağalıb, […]
Continue readingXocavənd sakini: 28 ildir ki, doğma kəndimizi yaddaşımda, xatirələrimdə yaşatmışam
İyirmi səkkiz ildən sonra doğma yurdlarının işğaldan azad olunmasının sevincini Xocavənd rayonunun Axullu kəndinin sakinləri də yaşayırlar. Axullu sakinləri indi doğma kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Elitinfo.az-ın bölgə müxbiri Ağcabədidə məskunlaşan Axullu sakinləri ilə görüşüb, onların sevincinə şərik olub. Kənd sakini Nəbi Qasımov illərlə yurd həsrəti ilə yaşamağın çətin olduğunu bildirib, tezliklə bu həsrətə […]
Continue readingErmənistan ordusunun yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Ağdam rayon sakini xəsarət alıb
Ermənistan silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirib. Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, oktyabrın 17-də saat 21 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı […]
Continue readingANAMA tərəfindən cəbhəboyu ərazilərdə mərmi qalıqlarının və sursatların zərərsizləşdirilməsi əməliyyatı davam etdirilib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Samux, Şəmkir rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 40 müraciət daxil olub. ANAMA-dan Elitinfo.az-a verilən məlumata görə, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl, Qaraxanlı, Cəfərbəyli, […]
Continue readingGəncədə dağıntılar altından çıxarılan dəftər Azərbaycan uşaqlarının Qarabağ və Vətən sevgisini bir daha nümayiş etdirdi
Azərbaycan Prezidenti İlham Əliyevin hər çıxışında qərarlı mövqeyinin şahidi oluruq. Hazırki nöqtədə bu qərarlılığın daha da gücləndiyini görürük. Moskvada əldə olunan humanitar atəşkəs rejiminə məhəl qoymayan Ermənistanın hazırki hərəkətləri Azərbaycanı Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün hərbi əməliyyatları davam etdirmək məcburiyyətində qoyub. Elitinfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin təqaüddə olan polkovniki Ünal Atabay bildirib. […]
Continue readingDövlət Komitəsi : Dünya ictimaiyyətindən azyaşlı körpələrin qətlinə münasibət bildirməsini tələb edirik
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təcavüzkar Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində zərər çəkən və həyatını itirən mülki vətəndaşlarla bağlı bəyanat yayılıb. Komitənin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini məqsədyönlü şəkildə hədəf seçərək mülki əhalini və yaşayış massivlərini […]
Continue readingÜST: Payızda tam karantinə məruz qalmamaq üçün tətbiq olunan təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət olunmalıdır
Avropada COVID-19 infeksiyasının yeni halları sürətlə artır, lakin bugünkü vəziyyət baharda olduğundan çox fərqlidir. Elitinfo.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Kluge epidemioloji vəziyyəti təhlil edərək, bölgənin bir çox ölkəsində məhdudiyyətlərin tətbiq edilməsini bəyənib, vəziyyətin pisləşməməsi və daha sərt addımların atılmaması məqsədilə onlara ciddi […]
Continue reading








