Azərbaycanda koronavirus infeksiyasına daha 1095 yoluxma faktı qeydə alınıb, 547 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1095 yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 55 min 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 43 min 543 nəfər müalicə olunaraq […]

Continue reading

Ölkəmizdə koronavirusa ən az yoluxma halı Naxçıvanda qeydə alınıb

  Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb. Elitinfo.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 55,2 faizi paytaxtın payına düşür. Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 14,5, Aran rayonlarında 10,6, Gəncə-Qazax bölgəsində 6,7, Lənkəranda 4, Şəki-Zaqatalada 2,9, Quba-Xaçmazda 2,5, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1,1, Naxçıvan Muxtar Respublikasında […]

Continue reading

Mirhəsən Həsənov: “Metsamor” Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır

  Hazırda Azərbaycanın qonşuluğunda, Ermənistan ərazisində potensial təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyası fəaliyyət göstərir. Azərbaycanın ictimai təşkilatları, o cümlədən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi olaraq biz müxtəlif beynəlxalq təşkilatlara “Metsamor”un istismar müddətinin başa çatması və bu stansiyanın fəaliyyətinin dayandırılması barədə dəfələrlə müraciətlər ünvanlamışıq. Elitinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” […]

Continue reading

Gürcüstanın Müdafiə Nazirliyi Qurani-Kərimi gürcü dilinə tərcümə etdirib

Gürcüstanın Müdafiə Nazirliyi müsəlman hərbçilər üçün Qurani-Kərimi gürcü dilinə tərcümə etdirib. Bu barədə Elitinfo.az-a Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi hacı Ramin İgidov məlumat verib. Onun sözlərinə görə, GMİ ilə əməkdaşlıq çərçivəsində çap olunan kitabı ərəb dilindən gürcü dilinə idarənin əməkdaşı, ilahiyyatçı Rezo Mikeladze çevirib. GMİ bu təşəbbüsə və müsəlman hərbçilərin dini hüquqlarının qorunması sahəsindəki işlərinə […]

Continue reading

KOBİA-nın rəhbərliyi Ermənistanın təxribatından zərərçəkmiş Bərdə sahibkarları ilə görüşüb

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində sahibkarlıq subyektlərinə də ciddi ziyan dəyib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Elitinfo.az-a bildirilib ki, sahibkarlara dəymiş zərərlə yerində tanış olmaq məqsədilə oktyabrın 30-da qurumun idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Vergi Xidmətinin Baş idarə rəisi, Vergi ombudsmanı Elçin Məmmədov və hər iki qurumun məsul […]

Continue reading

Azərbaycanda koronavirus infeksiyasına 1022 yoluxma faktı qeydə alınıb, 480 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, daha 480 nəfər sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 54 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 996 nəfər müalicə olunaraq sağalıb, […]

Continue reading

Kamran Əliyev: Ermənistan tərəfinin muzdlu döyüşçülərdən istifadə etdiyi təsdiqini tapıb

Ermənistan döyüş meydanında uğursuzluqlarını ört-basdır etmək istəyir. Ermənistanın muzdlu döyüşçülərdən istifadə etdiyi artıq təsdiqini tapıb. Həmin muzdluların altısı barədə beynəlxalq axtarış elan edilib və onların vətəndaşı olduqları dövlətlərlə əlaqə saxlanılıb. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı oktyabrın 30–da ölkəmizdə akkreditə […]

Continue reading

Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Mişa Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

Xəbər verildiyi kimi, Hadrut qəsəbəsində ermənilərin köməksiz halda buraxıb getməsi nəticəsində uzun müddət qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşmış vəziyyətdə aşkarlanan 84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəyib. Lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina edib. Azərbaycan Respublikasının […]

Continue reading

Baş prokuror: Azərbaycana raketlərin hansı istiqamətdən atıldığı ekspertizaların rəyi ilə müəyyənləşdirilib

  Ermənistan silahlı qüvvələrinin raket zərbələri endirdiyi şəhərlər cəbhə xəttindən çox uzaqda yerləşir və orada hər hansı hərbi obyekt yoxdur. Mingəçevir Su Elektrik Stansiyasını vurmağa çalışan Ermənistan ordusunun atdığı raketlər elektrik stansiyasının önünə düşüb. Elitinfo.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev oktyabrın 30–da keçirilən brifinqdə bildirib. Baş Prokuror diqqətə çatdırıb ki, yeddi […]

Continue reading

Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo ilə görüşüb. Görüşdə səfirlik tərəfindən məcburi köçkün ailələrinə ediləcək humanitar yardım məsələləri müzakirə edilib. Dövlət komitəsindən Elitinfo.az-a bildiriblər ki, Fuad Hüseynov görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verib. Ermənistanın […]

Continue reading