DİN : Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Elitinfo.az-a verilən məlumata görə, yanvarın 14-də törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində […]
Continue readingOmbudsman: Ermənistanın işğaldan azad edilmiş ərazilərimizə terrorçu-diversant qüvvələri yerləşdirməsini qəti şəkildə pisləyirik
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı işğaldan azad edilmiş ərazilərimizə Ermənistan tərəfindən qəsdən və məqsədyönlü şəkildə terrorçu-diversant qüvvələrin yerləşdirilməsi, onların törətdikləri cinayət əməlləri ilə bağlı məlumat yayıb. Ombudsman Aparatının mətbuat xidmətindən Elitinfo.az-a daxil olan məlumatda deyilir: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu […]
Continue readingCahangir Məmmədli: Medianın İnkişafı Agentliyi birbaşa media anlayışını ifadə edir
Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsi üzrə islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilərək, yeni Medianın İnkişafı Agentliyi yaradılıb. Müasir medianın inkişafı və formalaşması üçün yaradılan yeni qurumla bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Elitinfo.az-a öz fikirlərini bildirib: -Belə bir qurumun, Medianın İnkişafı Agentliyinin yaradılması Azərbaycan […]
Continue reading“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb. Elitinfo.az xəbər verir ki, indiyədək fondda 26 394 850,67 manat toplanıb. Həmin vəsaitdən 15 594 763,57 manat fiziki şəxslər, 10 800 087,1 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 1 198 278, […]
Continue readingÜmumdünya Səhiyyə Təşkilatı ekspertlərinin Çinə səfəri başlayıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19 infeksiyasının mənşəyinin tapılması istiqamətində araşdırmalar aparmaq üçün Çinə gəlib. Elitinfo.az xəbər verir ki, ÜST heyəti Sinqapurdan təyyarə ilə birbaşa Uxan şəhərinə gəliblər. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ÜST ekspertləri araşdırmalara başlamazdan əvvəl Çində epidemiya əleyhinə proseduradan keçməlidirlər. Bura hava limanında və sonrakı günlərdə bir neçə […]
Continue readingTƏBİB koronavirusa qarşı vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. Elitinfo.az həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni […]
Continue reading“Jurnalistin statusu”na aydınlıq gətirilməlidir – Əhməd İsmayılov
“Jurnalist” və “jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək. Elitinfo.azTrend-ə istinadən xəbər verir ki, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. Onun sözlərinə görə, jurnalist və media subyekti […]
Continue readingVaksinlər, onların şprisləri və neft emalı zavodunun modernləşdirilməsi üçün zəruri mallar ölkəmizə rüsumsuz idxal olunacaq
Ölkə iqtisadiyyatının neft məhsullarına artmaqda olan tələbatını tam ödəmək, Avropa ekoloji standartlarına uyğunlaşdırılaraq daha yüksək keyfiyyətə malik neft məhsullarının istehsal edilməsi məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası işləri həyata keçirilməkdədir. Həmin layihə çərçivəsində xərclərin optimallaşdırılması məqsədilə vergi və gömrük sahəsində bir sıra tədbirlər görülüb. Bu barədə Elitinfo.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat […]
Continue readingAzərbaycanda Media İnkişaf Agentliyi YARADILDI
Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin […]
Continue readingÜST: Qarşıdakı 100 gündə bütün dünyada vaksinasiyanın başlaması vacibdir
Tibbi heyət və xüsusi riskli insanların koronavirusa qarşı peyvəndlənməsi qarşıda 100 gün ərzində dünyanın bütün ölkələrində start götürməlidir. Elitinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib. Bir sıra ölkələri “peyvənd millətçiliyi“nə görə tənqid edən baş direktor bir sıra zəngin ölkələrin indiyədək istehsal olunan peyvənd dozalarının demək olar ki, […]
Continue reading











