Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb VİDEO
Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a verilən məlumata görə, məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib. Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və […]
Continue readingLeyla Abdullayeva: Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir
Azərbaycan birtərəfli qaydada humanitar addımlar atır. Azərbaycan tərəfi hələ oktyabrın 18-də elan edilmiş humanitar atəşkəsə riayət olunmadığı halda, birtərəfli şəkildə erməni əsgərlərinin cəsədlərinin qaytarılması, ölkəmizdə olan yaşlı erməni şəxslərin qarşı tərəfə verilməsi təşəbbüsünü irəli sürmüşdü. Lakin bu təklif irəli sürüləndə Ermənistan tərəfindən razılıqla qarşılanmamışdı. Hətta Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı ermənini təhvil almaqdan […]
Continue readingErmənistan növbəti dəfə müharibə cinayətləri törətdiyini etiraf etdi
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatı artıq bir aydan çoxdur ki, davam edir. Döyüş meydanında darmadağın olan düşmən ordusu əməliyyatların gedişində mütəmadi olaraq cəbhə bölgəsindən uzaqda yerləşən dinc şəhərləri hədəfə alır. Düşmən sanki döyüş meydanındakı uğursuzluqları bu cür müharibə cinayətləri ilə ört-basdır etməyə cəhd göstərir, xalqımızın […]
Continue readingSoltan Məmmədov: Prezident İlham Əliyevin düşünülmüş strategiyası Azərbaycanın qələbəsini təmin edən əsas amildir
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxındır işğal altında qalmış ərazilərimizi qısa vaxt ərzində azad etməsi dövlətimizin hərbi potensialının nə qədər güclü olduğunu bir daha təsdiq edir. Hərbi əməliyyatların getdiyi bölgədə Ermənistanın işğaldan azad edilmiş əraziləri yenidən qəsb etmək təşəbbüsü göstərdiyinə dair məlumatlar bu ölkənin hələ də reallığı düzgün qiymətləndirə bilmədiyini göstərir. Bunu Elitinfo.az-a […]
Continue readingAli Məhkəmə Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəfə alması ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində mülki şəxslərin həlak olması və xəsarət alması ilə bağlı bəyanat yayıb. Ali Məhkəmənin mətbuat xidmətindən Elitinfo.az-a daxil olan bəyanatda qeyd olunub ki, Ermənistan Respublikasının silahlı qüvvələri oktyabrın 27-də və 28-də rəsmi olaraq elan edilmiş humanitar atəşkəs rejimini yenidən pozaraq “Smerç” yaylım atəşli reaktiv sistemdən […]
Continue readingPrezidentin köməkçisi: Cenevrə görüşündən sonra Ermənistan ordusu Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonlarını ağır artilleriya və digər atıcı silahlardan atəşə tutub
Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub. Bu gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə 6 qəsəbə və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən […]
Continue readingHikmət Hacıyev: Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa meşələrində qəsdən yanğın törədilir
Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa meşələrində qəsdən yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır. Elitinfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib. Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün […]
Continue readingRusiya Ermənistana kömək göstərməkdən yenə imtina edib
Əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər. Elitinfo.az xəbər verir ki, Ermənistanın baş naziri N.Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə əlaqədar RF Xarici İşlər Nazirliyinin bəyanatı bu barədədir. Bəyanatda deyilir: “Ermənistan Respublikasının baş naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciətlə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi […]
Continue readingPrezident: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir
Dağlıq Qarabağ bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız […]
Continue readingMN: Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır
İşğal altındakı Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının həmin ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən […]
Continue reading







