Prezident İlham Əliyev “BBC News”a müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verib.  Elitinfo.az müsahibəni təqdim edir. – Prezident Əliyev, BBC News-da bizimlə söhbət etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq niyyətindəsiniz? – Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də […]

Continue reading

Cəbhədə noyabrın 9-na olan son vəziyyət

Noyabrın 8-si gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Elitinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində […]

Continue reading

Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır VİDEO

  Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib. Elitinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb. Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik. https://video.azertag.az/files/video/2020/3/16048640514361960566.mp4

Continue reading

Milli Məclisin sədri Şuşa şəhərinin azad edilməsi münasibətilə xalqımıza təbriklərini çatdırıb

  Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev elan etdi ki, Şanlı Ordumuz tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərini 28 illik Ermənistan işğalından azad etmişdir. Bu münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram. Elitinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova özünün “Twitter” hesabında bildirib.

Continue reading

Ombudsman: Ordumuzun uğurları hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadır

  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz 28 ildir həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad edib. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bütün Azərbaycan xalqını bu əlamətdar, […]

Continue reading

Cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib VİDEO

  Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib. Elitinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib. https://video.azertag.az/files/video/2020/3/16048387226427853671.mp4

Continue reading

Hikmət Hacıyev Şuşanın işğaldan azad olunmasından yazdı

Prezident İlham Əliyev, Müzəffər Ali Baş Komandan Şuşanın azad olunmasını Xalqımıza yaşatdığına görə sonsuz təşəkkürlər!!!. Elitinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb. “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin! Yaralı Əsgər və Zabitlərimiz şəfa […]

Continue reading

Ərəb telekanalları Şuşanın işğaldan azad edilməsini flaş xəbər kimi verib

Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, MÜzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ərəb telekanallarında flaş xəbər kimi verilib. Elitinfo.az xəbər verir ki, “Al-Hadath”, “Aljazeera” və “Əl-Ərəbiyyə” televiziya kanallarının canlı yayımında ABŞ-da seçkilərin nəticələrinə dair reportajlar kəsilərək Şuşanın işğaldan azad edilməsi barədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciəti yayımlanıb. “Arabnews”, […]

Continue reading