Prezident İlham Əliyev: Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan zabitidir

  Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz – Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Elitinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev […]

Continue reading

Prezident İlham Əliyev: Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək VİDEO

  Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. Elitinfo.az xəbər verir […]

Continue reading

Türkiyə ilə Rusiya arasında Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılması ilə bağlı razılaşma imzalanıb

Türkiyə ilə Rusiya arasında Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılması ilə bağlı razılaşma imzalanıb. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyə və türk milləti olaraq 28 il ərzində hər gün bu işğalın ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə hiss etdik”, – deyən Rəcəb Tayyib Ərdoğan Qarabağın işğaldan azad edilməsi, bəyanatın […]

Continue reading

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib

Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Continue reading

ATƏT PA-nın sədri: Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanat mühüm əhəmiyyət kəsb edir

Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bəyanatın imzalanması münaqişə bölgəsində mülki şəxslərin də həyatını qoruyacaq. Elitinfo.az xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib. Müharibə zamanı həlak olanlarla əlaqədar başsağlığı verən ATƏT PA-nın sədri tərəfləri meyitlərin, hərbi əsirlərin mübadiləsinə dərhal başlamağa çağırıb. Onun sözlərinə görə, dayanıqlı sülhə aparan yol bəzən […]

Continue reading

Səfir: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

Noyabrın 10-da Türkiyə Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mehmet Mustafa Göksu və digər qonaqlar Azərbaycanın Dohadakı səfirliyini ziyarət ediblər. Səfirlikdən Elitinfo.az-a bildiriblər ki, M.M.Göksu Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda işğalçı Ermənistana qarşı apardığı Vətən müharibəsində qazandığı şanlı Qələbə münasibətilə dövlətimizi və xalqımızı təbrik edib. Öz növbəsində Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov qardaş […]

Continue reading

Hikmət Hacıyev: İşğala əsaslanan status-kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları şəhidlərimiz darmadağın etdilər

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status-kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi. Elitinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət […]

Continue reading

Rusiya sülhməramlıları Dağlıq Qarabağda tapşırıqları yerinə yetirəcək əraziyə yola düşüblər

  Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar. Elitinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib. “Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması […]

Continue reading

Fuat Oktay: Sevinciniz, sevincimiz daimi olsun, can Azərbaycan!

  Bir ağızdan “Qarabağ Azərbaycandır!” deyə qışqırırdıq. Artıq Qarabağ Azərbaycanındır. Elitinfo.az xəbər verir ki, bu fikirlər Türkiyənin vitse-prezidenti Fuat Oktayın rəsmi “Twitter” hesabında Azərbaycanın tarixi qələbəsi münasibətilə verdiyi açıqlamasında yer alıb. Fuat Oktay, həmçinin yazıb: “Eşq olsun, sevinciniz, sevincimiz daimi olsun, can Azərbaycan!”.

Continue reading

Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün atılan addımların sülhə gətirib çıxaracağına ümidvar olduğunu bildirib

  Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin dövlət başçıları şurasının iclasındakı çıxışında hazırda Dağlıq Qarabağda baş verən hadisələri böyük faciə adlandırıb. O, münaqişənin nizamlanması üçün atılan addımların sülhə gətirib çıxaracağına ümidvar olduğunu bildirib. Elitinfo.az xəbər verir ki, Rusiya lideri deyib: “Qarabağda baş verənlər həqiqətən böyük faciədir. Qırğının dayandırılması barədə əldə olunan […]

Continue reading