Hikmət Hacıyev: Kəlbəcərdə mülki əhalinin məskunlaşması tamamilə qanunsuz xarakter daşıyır VİDEO
Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır. BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsi var. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə bildirib. Prezidentin köməkçisi bildirib ki, Kəlbəcərdə mülki əhalinin məskunlaşması tamamilə qanunsuz xarakter daşıyır. Ona görə orada olan hər […]
Continue readingHərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Continue readingVətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi
“Sorosun siyasi layihəsi” olan Nikol Paşinyanın Ermənistanda 2 il içində qurduğu diktatura rejiminin demokratikliyi ilə bağlı yaradılan mif aradan götürüldü. “Demokrat rəhbər” Ermənistanı fəlakətə məhkum etməkdə onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiq göstərir və təhdid edir. Əlbəttə, müxalifətli-iqtidarlı Ermənistan ictimai-siyasi sistemi hələlik normal qonşuluq, birgəyaşayış kimi mənəvi dəyərlərdən çox uzaqdır, lakin […]
Continue readingRusiyalı ekspert: Ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın köçürdü VİDEO
Ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın qaçırdılar. Aradan çox illər keçsə də, bunu unutmaq olmaz. Elitinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edərkən bildirib. Qarabağın beynəlxalq […]
Continue readingLaçın rayonunun işğaldan azad olunan Güləbürd kəndindən videoreportaj- VİDEO
Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndindən videoreportaj yayıb. Elitinfo.az videoreportajı təqdim edir. https://video.azertag.az/files/video/2020/3/16053505915130635927.mp4
Continue readingTürkiyə XİN: BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar Mexanizminin açıqlamasındakı iddialar həqiqətə uyğun deyil
BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar Mexanizminin açıqlamasındakı iddialar əsassızdır, tamamilə həqiqətdən uzaqdır. Bu feyk xəbərlərin yayılmasının səbəbi diqqəti Ermənistanın işğalçılığından yayındırmaq və saxta “beynəlxalq terrorizmlə mübarizə aparan məzlum ölkə” imici yaratmaq cəhdidir. Ermənistanın Suriya Milli Ordusu hərbçilərinin görüntülərini videoya çəkərək saxta “dəlil” kimi internetdə yaydığı sübut olunub. Bu saxta videolar və pul qarşılığında […]
Continue reading“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin idarə heyəti adından qurumun icraçı direktoru, professor Erkin Nuriddinov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə böyük Qələbə münasibətilə təbrik məktubu göndərib. Elitinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan xalqını müharibədə Qələbə qazanması, Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edir, uğurlar və daha böyük inkişaf arzulayırıq”. Bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərdə […]
Continue reading“Buta Airways” İzmirə xüsusi reyslər həyata keçirəcək
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti dekabrın 6-dan Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirəcək. Aviaşirkətdən Elitinfo.az-a bildirilib ki, bu istiqamət üzrə uçuşlar həftədə bir dəfə – bazar günləri yerinə yetiriləcək. Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Belə ki, […]
Continue readingMilli Məclisdə Xocalının Quşçubaba kəndinin Baharlı, Xocavəndin Tsakuri kəndinin Hünərli adlandırılmasına dair məsələlərə baxılıb
Noyabrın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Elitinfo.az xəbər verir ki, iclası acan komitə sədri Siyavuş Novruzov bildirib ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın 30 il ərzində xarici havadarlarının dəstəyi sayəsində işğal altında saxladığı torpaqlarımızı azad edib. Noyabrın 10-da […]
Continue readingHikmət Hacıyev: Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki infrastrukturuna külli miqdarda ziyan dəyib VİDEO
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində ölkəmizin mülki infrastrukturuna külli miqdarda ziyan dəyib. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsi ilə bağlı noyabrın 13-də keçirilən brifinqdə bildirib. Prezidentin köməkçisi deyib ki, […]
Continue reading





