Azərbaycan Mətbuat Şurası “WarGonzo”nun müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir. Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən […]
Continue readingGeneral Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb VİDEO
Ermənilər uzun illərdir ki, bu coğrafiyada qanlı terror aktları törədirlər. Osmanlı dövründən başlanan bu cinayətlərə 1918-ci ilin mart qırğınları, Ermənistandakı soydaşlarımızın dədə-baba torpaqlarından qovulması, Azərbaycan ərazisinin 20 faizinin işğalı və yerli azərbaycanlıların öz yurdlarından didərgin salınması kimi faciəvi hadisələr daxildir. Bu fikirləri Elitinfo.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib. Ermənistanın yürütdüyü işğalçılıq siyasəti […]
Continue readingVladimir Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Elitinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib. V.Putin Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb: “Bu, o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Continue readingPrezidentin köməkçisi: Ermənistan işğalı davam etdirmək üçün hərbi infrastrukturun yaradılmasına böyük sərmayə qoyub
Diplomatik korpus nümayəndələrinin Ermənistanın işğalından azad edilmiş Füzulidəki ən güclü hərbi mövqelərindən birinə səfəri. Əsasən bu mövqedən Azərbaycanın dinc əhalisinə hücum etdilər. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb. Prezidentin köməkçisi bildirib ki, Ermənistan işğalı davam etdirmək üçün bu […]
Continue readingDeputat: Əminik ki, Ağdam yenidən Azərbaycanın ən zəngin və inkişaf etmiş rayonlarından birinə çevriləcək
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Ağdamın işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir. Ağdamın hərbi əməliyyat keçirilmədən, siyasi yolla işğaldan azad edilərək ölkəmizin yurisdiksiyasına qaytarılması dünyada örnəyi o qədər də çox olmayan nadir hadisələrdəndir. Bu tarixi hadisə münasibətilə ən böyük təbrik və təşəkkür Prezident, Müzəffər Ali Baş […]
Continue readingAzərbaycandakı xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil edilib
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb. Prezidentin köməkçisi […]
Continue readingAzərbaycan Prezidenti: Şadam ki, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik
Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə, çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola […]
Continue readingPrezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Elitinfo.az xəbər verir ki, görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri […]
Continue readingPrezident İlham Əliyev: Atəşkəsin müşahidə edilməsi mərkəzi regionda sabitlik və təhlükəsizlik üçün çox mühüm elementdir
Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Elitinfo.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söyləyib. Türkiyə […]
Continue readingAzərbaycan Prezidenti: 44 günlük hərbi əməliyyatlardan sonra imzalanan sənəd çoxillik qarşıdurmaya nöqtə qoyur
Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim. Elitinfo.az xəbər verir ki, bu […]
Continue reading


