Ceyhun Bayramovun Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı ilə telefon danışığı olub

Dekabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildiriblər ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq, ölkəmizin Aİ […]

Continue reading

Hikmət Hacıyev: “Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevi doğum günü münasibətilə tvitterdə paylaşım edib. Elitinfo.az xəbər verir ki, paylaşımda deyilir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ad günüdür. Güclü Azərbaycan dövlətinin qurucusu olan Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyaraq və müharibədə zəfərimizi təmin edərək […]

Continue reading

Azərbaycan MN: Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir

  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların tərxis edilməsi ilə bağlı məlumat yayıb. Elitinfo.az xəbər verir ki, nazirliyin “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir: “Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu tərəfimizdən anlayışla […]

Continue reading

Nazirlər Kabineti yanında Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejiminin icrasına nəzarətin gücləndirilməsini müzakirə edib

  Dekabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməsinin vacibliyini bildirib. Qeyd olunub ki, Prezidentin və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan […]

Continue reading

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan öz qərarı ilə işğal altındakı torpaqlarını düşməndən azad etdi

  Qarabağda otuz ildir biganə yanaşılan işğalın sonra çatmasına dəstəyimizi verdik. Azərbaycanlı qardaşlarımız qərar verdilər, öz məsələlərini özləri həll etdilər və işğal altındakı torpaqlarını düşməndən azad etdilər. Bu tarixi zəfəri qəbul etməmək yolverilməzdir. Elitinfo.az xəbər verir ki, bu fikirləri Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında […]

Continue reading

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

  Dekabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, […]

Continue reading

XİN: YUNESKO Azərbaycanın çağırışlarına laqeyd yanaşıb, qətiyyət nümayiş etdirməyib

Azərbaycan tərəfi YUNESKO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Bu barədə Elitinfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. “Ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr […]

Continue reading

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib

  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib. Elitinfo.az Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat yer alır. Hazırda itkin düşmüş […]

Continue reading

“Azəri-Çıraq-Günəşli”dən builki neft hasilatı 21,6 milyon tona çatıb

  Yanvar-noyabr aylarında Azərbaycanda 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,6 milyon ton azalıb. Respublika üzrə neft hasilatının 21,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 3,2 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə isə (kondensatla birlikdə) hasilat 6,8 […]

Continue reading

Rusiya Prezidenti: Rusiya sülhməramlıları Qarabağa dinc həyatın qayıtması naminə öz həyatlarını riskə məruz qoyurlar

  Rusiya sülhməramlıları Qarabağa dinc həyatın qayıtması naminə öz həyatlarını riskə məruz qoyurlar. Elitinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının geniş iclasında çıxışında bildirib. Rusiya Prezidenti deyib: “Rusiya sülhməramlıları noyabrın 10-dan Dağlıq Qarabağda mürəkkəb missiyanın icrasına başlayıblar. Onların regionda mövcudluğu döyüş əməliyyatlarının dayandırılması barədə razılaşmaya riayət olunmasının qarantına çevrilib. […]

Continue reading