Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatıb. Elitinfo.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola saldı.
Continue readingMehriban Əliyeva hərbçilərimizə dua etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı səfərindən yeni görüntülər paylaşıb. Elitinfo.az xəbər verir ki, Mehriban Əliyeva fotoları “Instagram” hesabında paylaşıb. Birinci vitse-prezident paylaşıma “Allah Azərbaycan hərbçilərini qorusun!” fikirlərini yazıb.
Continue readingPrezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar. Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.
Continue readingİlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonuna səfərləri zamanı Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.
Continue readingAnkarada Türkiyə və Azərbaycanın “Qardaşlıq dastanı” təqdim olundu
Oktyabrın 22-si axşamında Ankarada Türkiyə və Azərbaycanın “Bir millət iki dövlət” hekayəsini səhnəyə daşıyan “Qardaşlıq dastanı” nümayiş etdirilib. Elitinfo.az-ın məlumatına görə, Türkiyə və Azərbaycan səhnə ustalarının birgə iştirakı ilə hazırlanmış “Qardaşlıq dastanı” adlı teatr və rəqs kompozisiyası tamaşaçılara Nuh tufanından Novruz törənlərinə, dastanlardan qəhrəmanlara, ozanlardan şairlərə, məğlubiyyətdən zəfərə uzanan yolu tanıdıb. Projenin rəhbəri məşhur “Anadolu […]
Continue readingHikmət Hacıyev Azərbaycanın qarşısındakı əsas məqsəddən DANIŞDI
Vətən müharibəsində qələbədən sonra Azərbaycanın qarşısında yeni bir məqsəd durur və bu da Qarabağın yenidən qurulması və bərpa olunmasıdır. Elitinfo.az xəbəb verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda Türk Şurasının Media forumunda çıxışı zamanı deyib. H. Hacıyev deyib ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ilə qədər müddətdə erməni işğalı altında olduğu zaman şəhərlərimiz, kəndlərimiz […]
Continue readingAzərbaycan, Türkiyə və Gürcüstan regional əməkdaşlıq formatının genişləndirilməsinin tərəfdarıdır
Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin keçirdikləri üçtərəfli görüşündən sonra Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TBMM-nin komitə sədri Akif Çağatay Kılıç, Gürcüstan parlamentin komitə sədri Nikoloz Samkharadze birgə mətbuat konfransı keçiriblər. Elitinfo.az xəbər verir ki, böyük Zəfər münasibəti ilə Azərbaycan […]
Continue readingVətən müharibəsinin xronikası: 20 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. […]
Continue readingFüzulidə xəstəxana tikiləcək, Olimpiya İdman Kompleksi yaradılacaq
Füzulidə Olimpiya İdman Kompleksi yaradılacaq. Elitinfo.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planı ilə tanış olarkən deyib. Prezident bildirib ki, indi böyük xəstəxananın layihəsi hazırlanır: “Yaxın həftələrdə mənə təqdim ediləcək”. Dövlət başçısı daha sonra vurğulayıb ki, Olimpiya İdman Kompleksi mütləq yaradılacaq.
Continue readingMehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Elitinfo.az-ın xəbərinə görə, paylaşımda deyilir: “Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıram. […]
Continue reading





