Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

  Yanvarın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Elitinfo.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Nazir Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin vətənə gətirildiyini qeyd edərək, bu müddət ərzində məsələnin […]

Continue reading

Prezident: Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq və yaxın zamanlarda Şuşa öz tarixi simasını bərpa edəcək

  Bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi və bir daha göstərdi ki, nəyi demişəmsə, onu da etmişəm. Təsadüfən demirdim ki, mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır. Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq. İstədiyimizə nail olacağıq, sadəcə olaraq, hər şeyin vaxtı var. Elitinfo.az xəbər verir […]

Continue reading

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 yanvar 2021-ci il.

Continue reading

Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Elitinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Dağlıq Qarabağ zonasındakı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya hərbçiləri atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycana getməyə hazırlaşırlar. Təlim […]

Continue reading

Azərbaycanın xarici işlər naziri Fransanın turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi ilə görüşüb

Yanvarın 26-da Azərbayanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildiriblər ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, 2020-ci il 10 noyabr və 2021-ci […]

Continue reading

AŞPA Katibliyinə ilk dəfə qadın rəhbərlik edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) millət vəkilləri yunanıstanlı Despina Şatsivasiliu-Tsovilisi təşkilatın Baş katibi seçiblər. Elitinfo.az-ın məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib. Məlumata əsasən, o bu vəzifəyə təyin olunan ilk qadın olacaq. Səsvermə elektron formada aparılıb və gün ərzində deputatların 96 faizindən çoxu iştirak etdi. Onun səlahiyyətləri 2021-ci il martın 1-də başlayacaq və beş […]

Continue reading

T.Ə.Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov “Şərəf” ordeni ilə təltif edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 yanvar 2021-ci il.

Continue reading

Prezident: İndi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir

  Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanıb. Füzuli hava limanının, Füzuli-Şuşa avtomobil yolunun inşasına start verilib. Bununla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri və digər layihələr prioritet təşkil edir. Elitinfo.az xəbər verir […]

Continue reading

Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.  Prezident İlham Əliyevin çıxışı -Siz nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, Siz bu etimadı doğruldacaqsınız. […]

Continue reading

Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik

Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək. Bu gün Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərib. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir. Elitinfo.az xəbər verir ki, bu barədə Prezident İlham […]

Continue reading