Milli Məclisin növbəti plenar iclası keçirilir

  Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir. Elitinfo.az xəbər verir ki, iclası Milli Məclisin sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib. Gündəliyə aşağıdakı məsələlər daxildir: – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında. – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi […]

Continue reading

Milli Məclisin sədri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib

  Milli Məclisin sədri Sahibə Qafarova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib. Elitinfo.az xəbər verir ki, S.Qafarova təbrikində deyib: “Əziz və dəyərli xanımlar! Sizləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz. Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə […]

Continue reading

XİN başçısı Azərbaycan xanımlarına təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib. Elitinfo.az xəbər verir ki, o, bu barədə tvitter səhifəsində yazıb. “Bu əlamətdar gündə bütün qadınları təbrik edir, ilk növbədə, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən bütün igidlərimizin analarına və həyat yoldaşlarına təşəkkür edir, onlara can sağlığı diləyirik”, – […]

Continue reading

Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib. Elitinfo.az-in məlumatına görə, paylaşımda deyilir: “Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz. Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən […]

Continue reading

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək

Martın 5-də Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində QH Əlaqələndirici Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünikeni yekdilliklə qəbul edib. Xarici İşlər Nazirliyindən Elitinfo.az-a bildirilib ki, kommünikedə QH üzv ölkələri beynəlxalq gündəmin ən vacib məsələlərindən olan COVID-19 peyvəndinə dövlətlərin bərabər və ədalətli çıxışının təmin olunması […]

Continue reading

Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfə verib

Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb. Elitinfo.az xəbər verir […]

Continue reading

İlham Əliyev YAP-ın qurultayında çıxış etdi

  Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir. Elitinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib. Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Continue reading

Müdafiə Nazirliyi: Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub

  Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə yayılan məlumatla bağlı açıqlama yayıb. Müdafiə Nazirliyindən hadisə ilə bağlı Elitinfo.az-a verilən açıqlamada bildirilir ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında […]

Continue reading