Prezident Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Elitinfo.az xəbəri verir ki, sərəncamla xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif […]

Continue reading

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisin yaz sessiyasının fevralın 15-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb. Elitinfo.az xəbər verir ki, toplantının gündəliyinə 11 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında […]

Continue reading

Türkiyə Prezidenti Şuşa Bəyannaməsini imzalayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin “Rəsmi Qəzet”də dərc edilərək qüvvəyə minməsi haqqında qərarı imzalayıb. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən açıqlama verilib. Xatırladaq ki, Bəyannaməni 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının […]

Continue reading

Türkiyə Prezidenti Ukraynaya rəsmi səfərə yola düşüb

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə yola düşüb. Yerli  mətbuat xəbər verir ki, Türkiyə Prezidenti Ukrayna səfərindən əvvəl Ankaranın Esenboğa hava limanında jurnalistlərə açıqlama verib. Bölgədə baş verən gərginliyə toxunan Prezident Ərdoğan bildirib: “Qara dəniz ölkəsi olaraq bölgəyə sülh gətirmək üçün bütün tərəfləri təmkinli olmağa […]

Continue reading

Azərbaycan və Macarıstan strateji tərəfdaşdır – Sahil Babayev

Azərbaycan və Macarıstan strateji tərəfdaşdır. Elitinfo.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib. O qeyd edib ki, iki ölkə arasında ikitərəfli münasibətlərin inkiafında ciddi addımlar atılır və özəl sektor əməkdaşlığın inkişafına […]

Continue reading

Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırdı

  Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq edildi. Bəyannamənin təsdiq olunması adi bir hadisə deyil. Çünki Şuşa Bəyannaməsindən irəli gələn müvafiq addımların atılması, strateji vəzifələrin yerinə yetirilməsi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfə olacaq. Xüsusilə də […]

Continue reading

Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyinə həsr olunan layihəyə başlanılıb

Bu il Azərbaycanla Polşa arasında tarixi əlaqələrin və dostluq münasibətlərinin 550 illiyi, diplomatik münasibətlərin isə 30 illiyinə həsr olunan layihə həyata keçiriləcək. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyindən bildirilib ki, “Azərbaycanla Polşa arasında mədəni körpü” adlı layihənin təşəbbüskarı və dəstəkçisi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlidir. Layihəni Azərbaycanda partnyor qurum olaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi […]

Continue reading

MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik. Bu barədə yerli mətbuata Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Continue reading

Türkiyənin həmkarlar təşkilatı Azərbaycanın şəhid ailələrinə maddi yardım ayırıb

  Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) hesabına vəsait köçürüb. Bu barədə Elitinfo.az-a AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkədə səfərdə olan Türkiyənin həmkarlar ittifaqarları mərkəzlərindən biri olan – “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan və qurumun baş […]

Continue reading

MN: Azərbaycan Ordusu Kəlbəcər rayonu istiqamətində heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etməyib

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Continue reading