Hikmət Hacıyev: “Şuşa Ermənistanın 30 illik hərbi işğalından sonra bərpa olunur”

  “Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib”. Elitinfo.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb. “Şuşanın şöhrəti, qüruru, misilsiz mədəni və memarlıq üslubu Ermənistanın 30 illik hərbi işğalından sonra bərpa olunur” – deyə H.Hacıyev bildirib.

Continue reading

Əli Əsədov: “Azərbaycan dünya miqyasında qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir”

  “Bu gün Azərbaycan dövləti özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir”. Elitinfo.az-ın xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov deyib. “İndi çox aydın görünür ki, Azərbaycan xalqının ən böyük arzusu və istəyi olan bu müqəddəs qələbə […]

Continue reading

Leyla Abdullayeva: Ermənistan tərəfi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir

  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərinin azad olunması ilə bağlı çağırışına münasibət bildirib. Elitinfo.az xəbər verir ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Fransa və Kanada Xarici İşlər nazirliklərinin rəsmi tviter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirin azadlığa buraxılması müsbət addım kimi […]

Continue reading

Azərbaycan sülhməramlılarını Əfqanıstandan çıxarır – RƏSMİ

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır. Bu barədə Elitinfo.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, ABŞ may ayının 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bununla paralel olaraq NATO qüvvələrinin də bu ölkədən çıxarılmasına start verilib. Ümumilikdə NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçi sülhməramlı missiyasını yerinə yetirir. Əfqanıstanda ABŞ-ın 2 500, […]

Continue reading

Ceyhun Bayramov “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi ilə görüşüb

  Mayın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildiriblər ki, nazir Ceyhun Bayramov həmsöhbətinə münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən nəqliyyat sahəsində yaranan imkanlar barədə ətraflı məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycan […]

Continue reading

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev “Bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, sərəncamla əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq […]

Continue reading

ANAMA: İki-üç gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənəcək

“Qırx dörd günlük müharibə zamanı yerli sakinlər tərəfindən daxil olmuş çağırışlar əsasında, həmçinin işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib”. Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, bu zaman yerli sakin tərəfindən daxil […]

Continue reading

Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Elitinfo.az Rusiya və Türkiyə mediasına istinadla xəbər verir ki, söhbət zamanı Qarabağ məsələsi, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti, eyni zamanda, Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Liderlər koronavirusla mübarizə, o cümlədən virusa qarşı Rusiya istehsalı olan “Sputnik” peyvəndinin tədarükü […]

Continue reading

“Azərsu” ASC-nin sədri işdən çıxarıldı

Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib. Elitinfo.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. […]

Continue reading

“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər təsdiqlənib

  Milli Məclis “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini 3-cu oxunuşda təsdiqləyib. Elitinfo.az xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında qəbul edilib. 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklərdə məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik […]

Continue reading