Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elitinfo.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir: “Zati ailələri, Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və […]

Continue reading

Türkiyə naziri: “Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək”

“Qeyd edə bilərəm ki, bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir”. Bunu Elitinfo.az yerli bürosuna eksklüziv müsahibəsində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib. Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsd […]

Continue reading

İsrail və HƏMAS liderləri Misir Prezidentinə təşəkkür ediblər

  İsrail və HƏMAS liderləri tərəflər arasında atəşkəsə vasitəçilik edən Misir Prezidenti Əbdülfəttah əl-Sisiyə təşəkkür ediblər. Yerli mətbuat xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu özünün tviter hesabında yazıb: “Prezident əl-Sisi, regionda sülh, sabitlik və təhlükəsizliyin bərpa olunması istiqamətində mühüm rolunuza görə Sizə təşəkkürümü bildirirəm”. HƏMAS lideri İsmayıl Haniyə Qəzzada keçirdiyi mətbuat konfransında atəşkəsin […]

Continue reading

Qənirə Paşayeva icra başçılarına çağırış edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva icra başçılarına çağırış edib. Elitinfo.az-ın xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən komitə sədri bildirib ki, bölgələrdə şəhid ailələrinin işlə təmin olunmasına önəm vermək lazımdır. “Mən bununla bağlı yerli icra hakimiyyəti orqanlarının rəhbərliyinə çağırış edirəm”, – o vurğulayıb. Q.Paşayeva qeyd edib ki, şəhid ailələri və […]

Continue reading

Ceyhun Bayramov: “Ermənistan 10 noyabr bəyanatının şərtlərini pozur”

  Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxış edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elitinfo.az-a verilən məlumata görə, bu ilin 25 yanvar tarixində Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olduğunu bildirən nazir, Avropa Şurasına üzv olduğu müddətdə Azərbaycan bu təşkilat və onun müxtəlif təsisatları ilə təşkilatın bütün istiqamətləri […]

Continue reading

İlham Əliyev: “Azad olunmuş şəhərlərin baş planları hazırlanıb”

“Sizin bildiyiniz kimi, həm BP, həm də Azərbaycan bərpa olunan enerji mənbələri üzərində fəal çalışırlar. Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var”. Elitinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən deyib. “Xüsusilə […]

Continue reading

İlham Əliyev Böyük Britaniyanın ixracat nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edib. Elitinfo.az xəbər verir ki, britaniyalı naziri salamlayan Prezident İlham Əliyev deyib: – Əminəm ki, komissiyanın gündəliyi çox genişdir, çünki siz birlikdə çoxlu işlər görməlisiniz. Əminəm ki, sizin səfəriniz planlarımızın icrasında və yeni tədbirlərin planlaşdırılmasında çox önəmli bir addım olacaqdır. Əlbəttə […]

Continue reading

Azərbaycan XİN Hindistana cavab verib

“Birinci növbədə vurğulamaq istərdim ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələlərinin əsas səbəbi Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal etməsidir. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan Ermənistandır. Azərbaycan isə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Rəsmi şəkildə bəyan edildiyi kimi, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi […]

Continue reading

Leyla Abdullayeva: “Ermənistanda dözümsüzlük və ksenofobiya ciddi şəkildə artıb”

“Təəssüf ki, Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artdığını müşahidə edirik. Bu tendensiyanın təkcə Azərbaycana qarşı deyil, həm də erməni düşüncəsindən bir qədər fərqli fikir bildirməyə cəsarət edən hər hansı bir millət və ya qrupa qarşı yönəlməsi xüsusilə narahatlıq doğurur”. Elitinfo.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. […]

Continue reading

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 50%-dən çox artıb

  Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 12 mlrd 387,4 mln kubmetr qaz nəql edilib. Elitinfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 10,8% artım müşahidə olunub. Hesabat dövrünə qazın nəqlinin 48,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib. Bu […]

Continue reading