Mehriban Əliyeva koronavirusla mübarizdə ön cəbhədə olanlara TƏŞƏKKÜR edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi feysbuk səhifəsində paylaşım edib. Elitinfo.az-ın məlumatına görə, paylaşımda deyilir: “Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.”

Continue reading

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Elitinfo.az -a daxil olan m’lumatda bildirilib ki,  ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı münasibətilə DTX-nin rəisi, general-leytenant Əli […]

Continue reading

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi – RƏSMİ

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi.   Elitinfo.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda bildirilir: 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilsin. Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası […]

Continue reading

Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir

  Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi Parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır. Belə ki, Milli Məclisin 30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapmışdır. […]

Continue reading

DSX: Düşmən təxribatının qarşısı alınıb

Bu gün saat 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş […]

Continue reading

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait ayırıb

  Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun bariz nümunəsi son aylarda dünyada demək olar ki, bütün ölkələrdə yayılan yeni növ koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmasıdır. Elitinfo.az-a ASC-dən   bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına […]

Continue reading

Azərbaycan Moskvadan daha 34 vətəndaşını təxliyə etdi

  Bu gün Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın “Şeremetyovo” hava limanından Bakıya yola salınıb. Məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. Azərbaycan vətəndaşlarının Bakıya yola salınması, səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub. “Yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın vətənə yola salınması məsələsi səfirliyin ciddi […]

Continue reading

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min ABŞ dolları yardım etdi

Afrika İttifaqı Komissiyasının etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  göstərişi ilə bu təşkilata ölkəmiz tərəfindən 20 min ABŞ dolları məbləğində yardım göstərilib.   Bu barədə Elitinfo-a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib. Sözügedən yardım ölkəmizin Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev tərəfindən təşkilatın Sosial Məsələlər üzrə Komissarı xanım Amira Elfadilə təqdim olunub. Azərbaycan […]

Continue reading

“ASAN xidmət” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürəcək

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri, “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “ABAD” publik hüquqi şəxsi və “ASAN Radio” tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürülməsi qərara alınıb.   Bu barədə Elitinfoya-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, […]

Continue reading