Ermənistan atəşkəs rejimini 23 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Cəbrayıl rayonunun işğal altında olan Nüzgar kəndi yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları […]
Continue readingOrdumuz S-300 “Favorit” kompleksləri ilə məşqlərə başladı – VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin […]
Continue readingDİN müxalifətin iddialarına cavab verdi
“Müxalifətdə olan bəzi şəxslər iddia edirlər ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimindən sui-istifadə edən polis cəbhəçiləri, müxalifətçiləri və azad media nümayəndələrini müxtəlif bəhanələrlə həbs edir.” Elitinfo.az bildirir ki, bunu mətbuata açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O, səsləndirilən bu iddiaların qərəzli və şantaj olduğunu bildirib: “İlk növbədə, deyim ki, belə iddialarla çıxış […]
Continue readingKoronavirusla Mübarizəyə Dəstək Fondunun Nəzarət Şurası yaradılıb
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin xərclənməsinə nəzarət üçün yeddi nəfərdən ibarət Nəzarət Şurası yaradılıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Sərəncamda bildirilir ki, koronavirus (COVID-19) epidemiyasının dünyada sürətlə yayılmasını nəzərə alaraq, bu infeksiyanın Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ […]
Continue readingPrezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə zirvə görüşü keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcəkdir. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaqdır. Elitinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Continue readingMəlahət İbrahimqızı: 5-ci Kalonun nökərlırinin ölkəmizdə mövcudluğu milli dövlətçiliyimiz üçün koronavirusdan daha təhlükəlidir
«Bu gün dünyanın qlobal koronavirus təhlükəsi ilə üzləşdiyi bir zamanda bütün dövlətlərin və xalqlarin həmrəylik və əməkdaşlıq çərçivəsində mübarizə aparırlar. Çox təəssüf ki, özünü “müxalifət” adlandırmağa çalışan bir qrup hazırkı həssas dönəmdə insanların təşviş və narahatçığına baxmayaraq, özlərinin çirkli siyasi möhtəkirliyindən belə uzaqlaşmırlar. Onlar bugün Koronavirusla mübarizə çərçivəsində görülən uğurlu işləri təqdir etmək əvəzinə […]
Continue readingMilli Məclisin iclasları videokonfransla keçiriləcək
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılıb. Elitinfo.az-ın xəbərinə görə, Milli Məclisin martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, bu il dekabrın 30-dək karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri […]
Continue readingHeydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi
Azərbaycanın koronavirus (“COVID-19”) xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəylik ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub. Mərkəzdən Elitinfo.az-a verilən məlumata görə, bayraq təsvirini italyan musiqisi müşayiət edib. Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. […]
Continue readingPolad Bülbüloğlu – Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır
Elitinfo.az Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümü ilə əlaqədar TASS agentliyinə müsahibə verib. Səfir Azərbaycan ilə Rusiya arasında əlaqələrin yeni səviyyəyə qalxdığını, bütün sahələrdə strateji əməkdaşlıq xarakteri daşıdığını bildirib. O, Azərbaycan ilə Rusiya arasında münasibətlərin iki ölkə liderlərinin qarşılıqlı etimadına və dostluq əlaqələrinə əsaslandığını vurğulayıb. P.Bülbüloğlu ötən il […]
Continue readingPrezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub. Elitinfo.az yerli mətbuata istinadən xəbər verir ki, dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib. Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət […]
Continue reading










