Mehriban Əliyeva: Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında

Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Elitinfo.az-nn məlumatına görə, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabında edilən paylaşımda deyilir: “Hörmətli həmvətənlər! Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin […]

Continue reading

Azərbaycanlılar BMT-nin qərargahı qarşısında etiraz aksiyası keçiriblər

İyulun 19-da BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə Ermənistan silahlı qüvvələrinin müstəqil Azərbaycanın Tovuz istiqamətində növbəti hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq böyük etiraz aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Elitinfo.az-a verilən məlumata görə, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının (İAKŞ) və İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən aksiyada diasporumuzun üzvləri ilə yanaşı türk cəmiyyətlərinin nümayəndələri […]

Continue reading

Məlahət İbrahimqızının oğlu da orduda xidmət etmək üçün qeydiyyatdan keçdi

Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm cənab İlham Əliyev Azərbaycan Respublikası Narirlər Kabinetinin fəaliyyətinin yarımillik hesabat iclasında Milli Ordumuzun gücü və qələbə əzmi və İqtidar-Milli Ordu-Xalq Birliyi haqqında qürurla ictimaiyyətə geniş məlumat verib.   O, işğal altında olan torpaqlarımızın Milli Ordumuz tərəfindən təcavüzkar Ermənistanın silahlı qüvvələrindən azad ediləcəyinə əmin olduğuni bildirmişdi.   Möhtərəm […]

Continue reading

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Müdafiə Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız […]

Continue reading

ABŞ-dakı soydaşlarımız ermənilərin aksiya planını pozublar

  Elitinfo.az ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın bu ölkədəki Səfirliyinin binasının önündə Birləşmiş Ştatların müxtəlif ştat və şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri ilə ermənilər üz-üzə gəliblər. Yerli mətbuat xəbər verir ki,  xəbər verir ki, ermənilərin Azərbaycanın səfirlik binasının önündə aksiya keçirəcəyini bilən həmvətənlərimiz ölkəmizə dəstək üçün səfirlik binasının önünə toplaşıblar. Onlar bayraqlarla səfirlik binasının önünə […]

Continue reading

Tovuzun kəndlərində ermənilərin atdığı mərmilərin qalıqları aşkarlandı

Elitinfo.az Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə 4 siqnal (əməliyyat çağırışı) daxil olub. ANAMA-dan  verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib, birlikdə 4 […]

Continue reading

Erməni diasporu Moskvanın ən böyük bazarından qovuldu

Rusiyanın paytaxtı Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan “Fud siti”də Ermənistan məhsullarının satışına qadağa qoyulub. “Report”un Rusiya bürosunun əldə etdiyi məlumata görə, dünən erməni diasporunun nümayəndələri bazar administrasiyası ilə görüşə gəlib. Lakin görüş alınmayıb və diaspor üzvləri bazardan çıxarılıb. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoçarxlarda Ermənistan məhsullarının boykot edildiyi və malların zibilliyə atıldığı əks olunur. […]

Continue reading

XİN açıqlama yaydı

Fansanın Overn-Ron-Alp (Auvergne Rhône Alpes) regionunun prezidenti Loran Vokenin (Laurent Wauquiez) Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən, o cümlədən iki ölkə sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən bu ilin 12 iyul tarixindən etibarən törədilən hərbi təxribat ilə bağlı tamamilə həqiqətə uyğun olmayan və qərəzli bəyanat ilə çıxış etməsini qətiyyətlə pisləyirik. Qatı ermənipərəst mövqeyi ilə tanınan L.Vokenin rəhbərlik […]

Continue reading

Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinə qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır. Nazirlikdən Elitinfo.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə iyulun 16-da Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, […]

Continue reading

Beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyi bir daha dəstəkləndi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində ölkəmizlə bağlı bir çox vacib məqamlara toxunaraq, çox ciddi mesajlar verdi. Elitinfo.az bildirir ki, bunu mətbuata açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib. R.Qonaqov deyib: “Cənab Prezident haqlı olaraq bildirdi ki, Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır, müdafiə və passiv diplomatiya olmamalıdır. […]

Continue reading