Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar VİDEO
İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Elitinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionunda keçirilən Uels-İsveçrə matçına baxıblar. Avropa çempionatının oyunlarının Bakıda keçirilməsi Azərbaycan idmanının beynəlxalq səviyyədə qazandığı növbəti uğurun bariz nümunəsidir. Ölkəmiz indiyədək […]
Continue readingMilli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilir
İyunun 11-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilir. Elitinfo.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. 1. “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik […]
Continue readingBirinci vitse-prezident Mehriban Əliyeva Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar paylaşım edib. Elitinfo.az xəbər verir ki, paylaşımda deyilir:“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük […]
Continue readingMüdafiə Nazirliyi Kəlbəcər rayonunun Çəpli kəndinin videogörüntülərini paylaşıb VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Çəpli kəndinin videogörüntülərini paylaşıb. Elitinfo.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir. Çəpli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli Bəyanata […]
Continue readingPrezident İlham Əliyev iyunun 9-da “Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, Sərəncama əsasən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün […]
Continue readingMN: Düşmənin kəşfiyyat-diversiya qrupu ərazilərimizi minalamağa cəhd edib
İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində ərazimizə daxil olan düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən […]
Continue readingMilli Məclis şəhid jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Milli Məclis iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Elitİnfon.az-n xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. Sədr bildirib ki, Kəlbəcərdəki hadisə ilə bağlı bütün parlamentlərarası işçi qruplarının rəhbərlərinə rəsmi məktub göndərilib: “Həmçinin, mənim tərəfimdən MDB PA təşkilatına və Avropa Şurası Parlament […]
Continue readingDeputatlar Ankarada Ulu Öndərin abidəsini ziyarət edib
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyətinin Ankaraya səfəri başlayıb. Elitinfo.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyətinin üzvləri iyunun 8-də Ankaradakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə əklil qoyub, […]
Continue readingFransanın portalı həlak olmuş jurnalistlərimizdən yazıb
Fransanın “Mediapart” portalında “Azərbaycanda iki jurnalist minaya düşərək həlak olub” adlı məqalə dərc olunub. Məqalədə fransız mətbuat orqanlarının jurnalistlərin minaya düşərək ölməsinə laqeydlik göstərməsindən yazılıb. Müəllif Alain Rumestanq qeyd edib ki, Fransanın mətbuat orqanları Formula 1 Azərbaycan Qran-Prisinə geniş yer veriblər. Hətta cari ilin oktyabrına planlaşdırılmış, lakin COVID-19 pandemiyasının yaratdığı təhlükəsizlik və maddi-texniki problemlərə görə təxirə […]
Continue readingBu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Bu gün Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayır. Elitinfo.az-ın xəbərinə görə, sessiya ərzində parlamentin bir neçə plenar iclası keçiriləcək. Bu gün baş tutacaq ilk iclasda deputatlar 12 məsələni müzakirə edəcəklər. Həmin sənədlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun […]
Continue reading





