Ermənilər Goranboya qadağan olunmuş raketlər atdı

Oktybarın 4-8-i tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub. ANAMA-dan Elitinfo.az-a bildirilib ki, həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinmişdir ki, bu bombacıqlar da “Kaset sursatlar haqqında […]

Continue reading

Azərbaycan idman ictimaiyyəti Ordumuza dəstək oldu

Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyalar aidiyyəti beynəlxalq təşkilatlara və idman qurumlarına bəyanat ünvanlayıb. Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın Elitinfo.az-a verdiyi məlumata görə, bəyanat Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təcavüz aktını, son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycan tərəfinin özünümüdafiə hüququ […]

Continue reading

Cəbrayıl istiqamətində ordumuzun əks-hücum əməliyyatları davam edir – Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi növbəti dəfə açıqlama yayıb.   Elitinfo.az-ın məlumatına görə, açıqlamada deyilir: “Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.

Continue reading

Düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edilib

Müdafiə Nazirliyindən Elitinfo.az-a bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb. Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çox sayda ölən və yaralanan var. Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və […]

Continue reading

MN: Düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir

“Əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir”. Elitinfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib. “Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. […]

Continue reading

Ceyhun Bayramov Aİ-nin nümayəndəsini Ermənistanın mülki əhaliyə hücumları barədə məlumatlandırıb

4 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Nazirlikdən Elitinfo.az-a verilən məlumata görə, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Nazir bölgədəki son gərginliklə bağlı məlumat verib. O, Ermənistan tərəfindən Azərbaycanın […]

Continue reading