Düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edilib
Müdafiə Nazirliyindən Elitinfo.az-a bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb. Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çox sayda ölən və yaralanan var. Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və […]
Continue readingMN: Düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir
“Əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir”. Elitinfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib. “Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. […]
Continue readingCeyhun Bayramov Aİ-nin nümayəndəsini Ermənistanın mülki əhaliyə hücumları barədə məlumatlandırıb
4 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Nazirlikdən Elitinfo.az-a verilən məlumata görə, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Nazir bölgədəki son gərginliklə bağlı məlumat verib. O, Ermənistan tərəfindən Azərbaycanın […]
Continue readingBu gün Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək
Bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Elitinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb. İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq. Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.
Continue readingƏhməd Davudoğlu: Can Azərbaycanın yanındayıq
Təəssüf ki, Ermənistan mülki insanları hədəf almağa davam edir. Gəncəyə raket hücumuna lənət edirəm. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa diləyirəm. Can Azərbaycanın yanındayıq. Elitinfo.az-ın məlumatına görə, bunu Facebook səhifəsində Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib.
Continue readingHikmət Hacıyev: Ermənistan tərəfindən Mingəçevirə 4 ədəd TOCHKA-U raketi atılıb
Hikmət Hacıyev: Ermənistan tərəfindən Mingəçevirə 4 ədəd TOCHKA-U raketi atılıb. Yaralananlar var. Ermənistanın dövlət terroru davam edir. Mingəçevirdə eyni zamanda ən böyük su anbarı yerləşir. Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
Continue readingAzərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib YENİLƏNİB VİDEO
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Həmin müraciətini təqdim edirik. Prezident İlham Əliyevin xalqa müraciəti -Əziz həmvətənlər. Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak […]
Continue readingMehriban Əliyeva Madagizin azad olunması münasibətilə paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Madagizin işğaldan azad olunması münasibətilə “Instagram”da paylaşım edib. Elitinfo.az xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı “Twitter” statusunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” səhifəsində paylaşım edib. Dövlət başçısı bu sözləri yazıb: “Bu gün #Azərbaycan […]
Continue readingPrezident Suqovuşanın tarixi adını özünə qaytardı
Ali Baş Komandan, Prezident İlham Əliyev ordumuzun işğaldan azad etdiyi Madagiz yaşayış məntəqəsinin tarixi adını özünə qaytarıb. Elitinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev öz rəsmi “Twitter” səhifəsində paylaşım edib. Ali Baş Komandan bu ərazinin artıq Suqovuşan adlandırıldığını qeyd edib: “2020-ci il oktyabrın 3-dən #Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra #Suqovuşan adlandırılır. […]
Continue readingMüdafiə Nazirliyi daha bir video yaydı
Azərbaycan Müdafiə Nazirliyi düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntülərini yayıb. Elitinfo.az həmin görüntüləri təqdim edir.
Continue reading





