Prezident İlham Əliyev: Türkiyənin savaşda iştirakı, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır

  Türkiyənin hərbi əməliyyatlarda iştirakı, yaxud da hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev […]

Continue reading

Azərbaycan Prezidenti: Bizi heç kim dayandıra bilməz. Biz bu yolu sona qədər gedəcəyik!

  Ermənistanın Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə almasından məqsəd panika, xaos, qorxu yaratmaqdır. Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişib. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Elitinfo.az […]

Continue reading

Rusiya KİV: Ermənistan Qarabağdakı müharibəyə muzdlu əsgərlər cəlb edir

Ermənistanla Azərbaycan arasında Qarabağdakı hərbi münaqişədə erməni kökənli, amma ABŞ, Fransa və Rusiya vətəndaşlığına sahib olan silahlılar iştirak edir. Elitinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “ura.ru” informasiya agentliyi yazıb. Agentlik qeyd edib ki, muzdluların cəlb edilməsində ictimai təşkilatlar kimi maskalanmış diasporlar və strukturlar mühüm rol oynayırlar. Onlar “könüllüləri” – erməni mənşəli əcnəbiləri cəlb edirlər. […]

Continue reading

İlham Əliyev: “Ermənistan hesab edirdi ki, atəşkəsdən istifadə edərək yeni qüvvələr səfərbər edə bilərlər”

  “Ermənistanın planları tam başqa idi. Onlar hesab edirdilər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, zaman qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər”. Elitinfo.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib. “Ancaq onlar yanıldılar. Mən demişdim ki, Ermənistan müsbət yanaşma göstərməsə, peşman […]

Continue reading

Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 43-ə çatıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən Elitinfo.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 214 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 277, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 505-dir.

Continue reading

Su-25 təyyarəmiz vurulmayıb – MN

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb. Elitinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb”, – MN-dən bildirilib.

Continue reading

“France 24” kanalı Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb

  Fransanın “France 24” televiziya kanalı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb. Elitinfo.az xəbər verir ki, reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış binaların, yaxınlarını itirmiş insanların görüntüləri təqdim olunur. Kanalın Gəncədən hazırladığı reportajda jurnalist dağıntılar altından sağ çıxan insanlarla söhbət etdiyini, raketin gecə saatlarında yaşayış binalarının üzərinə düşdüyünü diqqətə […]

Continue reading

Ermənilər Tərtəri top atəşinə tutdu, yaralıları çıxaran 2 icra nümayəndəsi yaralandı

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 6 nəfər xəsarət alıb. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ermənilərin rayon ərazisini top atəşinə tutması nəticəsində ilkin olaraq 4 nəfər mülki şəxs yaralanıb. Yaralıları çıxarmağa cəhd edər Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd ərazi icra nümayəndəsi Zeynalov Ramiz Surxay oğlu və […]

Continue reading

Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu, xəsarət alan var (FOTO/VİDEO)

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub. Elitinfo.az-ınməlumatına görə, hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub. Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.  

Continue reading

Prezidentin köməkçisi: “Düşmənin ballistik raketi məhv edilib, xeyli dinc sakinin həyatı xilas olunub”

“Ermənistan tərəfindən növbəti dəfə qəsdən planlaşdırılan və məqsədyönlü insan fəlakətinin qarşısı alındı”. Elitinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb. “Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakinin həyatı xilas […]

Continue reading