Küveytdəki həmvətənlərimiz Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Ərazi bütövlüyümüz uğrunda vuruşan şanlı ordumuza dəstək məqsədilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri Silahlı Qüvvələrə Yardım Fonduna 18800,39 ABŞ dolları və 1000 AZN məbləğində vəsait köçürüblər. Bu barədə Elitinfo.az-a ölkəmizin Küveytdəki səfirliyindən məlumat verilib. Məlumatda qeyd edilib: “Azərbaycanın Küveytdəki səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan, işləyən, təhsil alan vətəndaşlarımız […]
Continue readingQətər-Asiya Dostluq Qrupunun rəhbərini Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumatlandırıb
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin Məşvərət Şurasının (Parlament) Qətər-Asiya Dostluq Qrupunun rəhbəri Raşid bin Həməd Əl-Meadhadi ilə görüşüb. Ölkəmizin Qətərdəki səfirliyindən Elitinfo.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Qətər əlaqələri və bu münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolu barədə fikir mübadiləsi aparılıb. Səfir R.İsmayılov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin işğalı barədə dostluq […]
Continue readingPrezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib
Qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında görüşlər davam etdirilir. Bu qəbildən olan növbəti görüş oktyabrın 14-də videokonfrans formatında keçirilib. Bu barədə Elitinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Prezident […]
Continue readingİşğal olunmuş Şuşada məskunlaşan ermənilərin 80 faizi qaçıb
Azərbaycanın işğal olunmuş Şuşa şəhərində məskunlaşan ermənilərin təxminən 80 faizi şəhəri tərk edib. Elitinfo.az Trend bu barədə TASS-a istinadən məlumat verir. Qeyd olunub ki, döyüş əməliyyatları başlayana qədər şəhərdə 5 min nəfər yaşayıb. Əhalinin əsas hissəsi Ermənistanın qəsəbələrinə təxliyə edilib. Qalanlardan heç kim xəsarət almayıb. Hazırda şəhərdə əsasən orta yaşlı şəxslər qalıb. Qadın və uşaqlar […]
Continue readingDaha 6 şəhər və 4 rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Nazirlər Kabineti 387 nömrəli qərarına dair açıqlama yayıb. Elitinfo.az-ın xəbərinə görə, açıqlamada deyilir: Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin 387 №li qərarına əsasən, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında: – 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək; – 24 oktyabr […]
Continue readingMüdafiə Nazirliyi: Azərbaycan ordusu mülki əhaliyə qarşı silah tətbiq etmir
Ermənistan bütün mümkün olan və olmayan üsullardan istifadə etməklə ictimaiyyətə yalan məlumatlar yaymaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, növbəti dezinformasiya isə guya Azərbaycan tərəfindən PUA-nın zərbəsi nəticəsində adı və soyadı göstərilməyən, 14 yaşlı anonim yeniyetmənin yaralanması xəbəridir. “Bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında olan zərbə PUA-ları yalnız işğal altındakı ərazilərimizdə müvəqqəti […]
Continue readingİordaniya telekanalının efirində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığından danışılıb
İordaniyanın “əl-Haqiqa əl-Duvaliyyə” telekanalının efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar haqqında danışılıb. Elitinfo.az xəbər verir ki, “Cümə görüşü” verilişinin qonaqları olan İslam Əmək Cəbhəsi partiyasının liderlərindən biri Xalid əl-Cuhəni və iordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan Respublikası)” kitabının müəllifi Ömər […]
Continue readingMüdafiə Nazirliyi düşmənin məhv edilən ƏTRK-nın start mövqeyinə çıxarılmasının videogörüntülərini yayıb VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bölmələrimiz tərəfindən məhv edilən Ermənistan silahlı qüvvələrinə məxsus əməliyyat-taktiki raket komplekslərinin (ƏTRK) mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini paylaşıb. Elitinfo.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin videogörüntüləri təqdim edir. https://video.azertag.az/files/video/2020/3/16026832094420820016.mp4
Continue readingHikmət Hacıyev: Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi daha da artırır
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən “Smerç” raketlərindən istifadə edir. Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz. Elitinfo.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 14-də xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki […]
Continue readingPrezident İlham Əliyev: Ermənistana kimlərin silah verdiyini hər kəs bilir
Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıb. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq? Biz silahı pulla alırıq. Elitinfo.az xəbər verir ki, Prezident İlham […]
Continue reading











