Rusiyanın ermənipərəst dairələrinin təhrikçi fəaliyyəti ikitərəfli münasibətlərə xələl vura bilməyəcək
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər mehriban qonşuluq, suveren bərabərlik, bir-birinin mənafelərinə həqiqi hörmət prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq xarakteri daşıyır. Dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında etimada əsaslanan əlaqələr də məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Elitinfo.az xəbər verir ki, Azərbaycan dövləti Rusiya ilə […]
Continue readingPrezident: Azərbaycan münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqdir
Toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Elitinfo.az xəbər verir ki, Prezident İlham […]
Continue reading“Los Angeles Times” qəzetində Ermənistanın təcavüzkar siyasətinə dair məqalə dərc olunub
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqqında yazdığı məqalə oktyabrın 14-də ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetində dərc edilib. Məqalədə baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğunu və bunun beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edildiyini diqqətə çatdırır. N.Ağayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edərək, ölkəmizin ərazisinin […]
Continue readingDüşmən səhər saatlarında Tərtərə 120 top mərmisi atıb
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Bu barədə Elitinfo.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir. Oktyabrın 15-i səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərinə ümumilikdə 120 top mərmisi atıb. […]
Continue readingKolumbiyanın “El Espectador” qəzetində erməni təcavüzünə dair məlumat yayılıb
Kolumbiyanın aparıcı mətbu orqanlarından olan “El Espectador” qəzetində səfir Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibəsi dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Elitinfo.az-a verilən müsahibədə münaqişənin tarixi haqda məlumat verən səfir ölkəmizin müstəqilliyini bərpa etdikdən dərhal sonra Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını, Dağlıq Qarabağ və 7 ətraf […]
Continue readingİƏT Ermənistanın atəşkəsi pozmasından narahatlığını ifadə edib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin 10 oktyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması, bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə edib. Elitinfo.az xəbər verir ki, İƏT-in Baş Katibliyi Azərbaycan Respublikası ilə həmrəy olduğunu […]
Continue readingDüşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib
Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb. Müdafiə Nazirliyindən Elitinfo.az-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif […]
Continue readingABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın təcavüzkar siyasətinə qarşı etiraz tədbiri keçiriblər
Vaşinqton şəhərində-Ağ evin qarşısında keçirilən etiraz tədbirində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini – Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini, digər əraziləri artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması […]
Continue readingƏrdoğanla Putin Dağlıq Qarabağı müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Elitinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Qeyd edilir ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər. Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib. Danışıq […]
Continue readingSoydaşlarımız Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul ediblər
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Fransanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən Elitinfo.az-a bildiriblər ki, bəyanatda sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makronun Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar verdiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, Fransa […]
Continue reading








