Fransa səfiri Azərbaycanı təbrik edib

“Azərbaycan, Müstəqillik Günün mübarək! Şəxsən Sovet İttifaqını xatırlayır və sizi azadlıq seçiminizə görə təbrik edirəm”. Elitinfo.az xəbər verir ki, bu fikirləri Fransanın Azərbaycandakı səfiri Zakari Qross tvitterdə yazıb.

Continue reading

Müdafiə Nazirliyi: Düşmənin 527-ci alayının taboru döyüşlərdə iştirak etməkdən imtina edib

Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir. Döyüşlərdə darmadağın edilən hərbi hissəyə […]

Continue reading

Rəcəb Tayyib Ərdoğan: Ermənistan ikinci atəşkəsi də pozaraq Azərbaycana hücumlar etdi

  Qarabağda yaşananlar bizə ayrı-seçkiliyin göz yaşlarından başqa bir nəticə gətirmədiyini göstərib. Biz elə buna görə azərbaycanlı qardaşlarımızın yanındayıq. Elitinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnak təşkilatının konfransındakı çıxışında səsləndirib. Minsk qrupunun fəaliyyətsizliyini sərt şəkildə qınayan Rəcəb Tayyib Ərdoğan deyib ki, azərbaycanlı qardaşlarımız […]

Continue reading

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Continue reading

Şneor Seqal: Beynəlxalq birlik dinc əhaliyə qarşı bu vəhşicəsinə hücumları dayandırmalıdır

Bu gün səhər Gəncənin yerli yəhudi icması ilə görüşmək üçün bu şəhərə gəldim. Burada 800-ə yaxın yəhudi yaşayır. Mən buraya birinci dəfə gəlmirəm. Hər dəfə buraya gəlməyə, bu kiçik icmanın genişlənməsinə, inkişaf etməsinə, yerli əhali ilə mehriban yaşamasına baxanda qəlbim fərəhlə dolur. Yeri gəlmişkən, Azərbaycanda yəhudi icması təkcə Gəncədə deyil, ölkənin bütün regionlarında sülh şəraitində, […]

Continue reading

Mustafa Şəntop: Bakıya Azərbaycanın Dövlət Müstəqilliyi Günündə səfər etməkdən çox məmnunam

Bakıya məhz bu gün – oktyabrın 18-də – Azərbaycanın Dövlət Müstəqilliyi Günündə səfər etməkdən çox məmnunam. Elitinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop deyib. Mustafa Şəntop Dövlət Müstəqilliyi Günü münasibətilə qardaş Azərbaycan xalqını təbrik edib. TBMM-in Sədri Bakıya geniş tərkibdə nümayəndə heyəti ilə gəldiyini diqqətə çatdırıb. Türkiyənin haqlı […]

Continue reading

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycanda səfərdədir

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Elitinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Böyük Millət Məclisi Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Mustafa Şəntopu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.

Continue reading

Ermənistana məxsus daha bir PUA məhv edilib

Oktyabrın 18-də düşmənin daha bir pilotsuz uçuş aparatı (PUA) vurulub. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki PUA Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Continue reading

İsrail Azərbaycan xalqını təbrik etdi

“İsrail səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir, onlara cansağlığı, əmin-amanlıq və firavanlıq diləyir”. Elitinfo.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin tvitter hesabında qeyd olunub.

Continue reading