Fransa qəzeti Azərbaycanın öz torpaqlarını azad etməsindən yazıb

  Dörd həftədir davam edən döyüşlərdə ermənilər Dağlıq Qarabağda mövqelərini itirirlər. Tezliklə danışıqlara başlanması İrəvan və Xankəndi (Stepanakert) üçün həyati əhəmiyyətə malikdir. Bir neçə günlük sakitlikdən sonra atəş səsləri yenidən başlayıb. Zirzəmilərdə yaşayan əhalinin xoş olmayan əhvalı, cəbhədə səngərdəki əsgərlərin üzlərindəki ifadə vəziyyətin ciddi olduğunu göstərir. Bütün bunlar sakitcə “vəziyyət yaxşı deyil” pıçıldayır. Bir neçə […]

Continue reading

Azərbaycan MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır

  Ermənistanın bu gün guya Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi […]

Continue reading

Milli Məclisdə Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanun layihəsi qəbul edilib

  Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq. Elitinfo.az xəbər verir ki, Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təklif olunub. Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Continue reading

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

  Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində uşaqlardan əsgər kimi istifadə etdiyini nümayiş etdirən videolar geniş yayılıb. Təxminən otuz ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və bunun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Ancaq göründüyü kimi, Ermənistan nəinki azərbaycanlı uşaqların hüquqlarını pozmağa davam edir, hətta erməni uşaqların da hüquqlarını pozmaqdan […]

Continue reading

Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Elitinfo.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam […]

Continue reading

Ermənistanın siyasi-hərbi rəhbərliyi xalqın reaksiyasından, qəzəbindən qorxduğu üçün cəsədləri götürmək istəmir

  Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana təhvil verməyə hazırdır. Elitinfo.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bildirib. Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 18-də Azərbaycanın cəsədləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməsinə […]

Continue reading

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Britaniya parlamentinin İcmalar və Lordlar palatalarında müzakirə olunub

  Sentyabrın 27-dən Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərinə və mülki yaşayış məntəqələrinə qarşı başlatdığı növbəti təcavüz nəticəsində gərginləşmiş hərbi vəziyyətlə əlaqədar məsələlər Britaniya Parlamentinin İcmalar və Lordlar palatalarında müxtəlif səviyyələrdə müzakirəyə çıxarılıb. Britaniya hökumətinin məsələlərə dair münasibətinin öyrənilməsi məqsədilə irəli sürülən yazılı və şifahi suallar, eləcə də geniş debat şəklində baş tutmuş müzakirələrdə parlamentin Azərbaycan […]

Continue reading

Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi VİDEO

  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntülərini paylaşıb. Elitinfo.az nazirliyin mətbuat xidmətinə istinadla həmin videogörüntüləri təqdim edir. Xatırladaq ki, Padar kəndi oktyabrın 25-də ordumuzun bölmələri tərəfindən azad olunub. https://video.azertag.az/files/video/2020/3/16037273403259624953.mp4  

Continue reading

Anar Eyvazov: Azərbaycan Ordusunun bölmələri növbəti humanitar atəşkəs rejiminə bütün cəbhəboyu riayət edir VİDEO

  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bölmələri oktyabrın 26-sı saat 08.00-dan qüvvəyə minmiş növbəti humanitar atəşkəs rejiminə bütün cəbhəboyu riayət edir. Elitinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 26-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib. Anar Eyvazov bildirib ki, Ermənistan silahlı […]

Continue reading

Prezidentin köməkçisi: Ermənistan silahlı qüvvələri gün ərzində Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atıb

  Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonuna artilleriya və raketlərdən istifadə etməklə hücum edir. Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib. Prezidentin köməkçisi qeyd edib ki, səhər saat 08.00-dan indiyədək Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atılıb.

Continue reading