Zaqatala Dövlət Sort Sınaq Məntəqəsində yeni tütün sortunun sınağı aparılır
Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramına uyğun olaraq son illər tütün bitkisinə aid əkin sahələri genişləndirilir. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi üçün fermerlərin yüksək məhsuldar və keyfiyyətli tütün sortları ilə təmin olunması mühüm əhəmiyyət kəsb edir. Nazirlikdən Elitinfo.az-a bildiriblər ki, son illər yerli sortlarla müqayisədə xaricdən idxal olunan tütün sortları […]
Continue readingKənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları Şəkidə səyyar xidmətə başlayıb
Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Şəkinin rayon mərkəzindən uzaq kəndlərində səyyar xidmətə başlayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Elitinfo.az-a bildiriblər ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı fermerlərə səyyar xidmət göstəriblər. Xidmətdən, ümumilikdə, 230 fermer yararlanıb. Səyyar xidmət zamanı […]
Continue readingDövlət Sərhəd Xidməti Qazaxda “Biz birlikdə güclüyük!” devizi altında sərhəd kəndlərində yaşayan ailələrə sovqat paylayıb
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi dövründə genişmiqyaslı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Xüsusən də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışına əsasən Qazaxda həmin şüar altında […]
Continue readingİnam Kərimov: Ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur
Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bərdə rayonunda əkin sahələrinə baxış keçirən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir bildirib ki, hazırda […]
Continue readingİcra başçısı işdən azad olundu
Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elitinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Vilyam Hacıyev 14 aprel 2012- il tarixdən İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi.
Continue readingAzərbaycanda koronavirusa görə aparılan testlərin sayı 160 mini ötdü
“Azərbaycanda koronavirus xəstələrinin müalicələri üçün 20-dən artıq xəstəxana ayrılıb”. Elitinfo.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. “Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və […]
Continue readingÜç rayonda icra nümayəndələri işdən çıxarıldı – cinayət işi açıldı
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir. Sabirabad, Ağcabədi və Tərtər rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi […]
Continue readingNazirlik Mərkəzinin direktorunu işdən çıxartdı
Ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət araşdırılan zaman Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. “Elitinfo.az” xəbər verir ki, bu barədə Xidmətin rəisi Namik Xıdırov məlumat verib. Onun sözlərinə görə araşdırmanın davam etdirilməsi, təqsirkarların müəyyənləşdirilərək cəzalandırılması məqsədilə rayon polis […]
Continue readingPrezident – “Heç bir sosial layihəni dayandırmayacağıq”
Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında neftin qiymətinin düşməsindən danışıb. Elitinfo.az xəbər verir ki, dövlət başçısı neftin ucuzlaşması səbəbindən Azərbaycanda heç bir sosial layihənin dayandırılmayacağını deyib: “Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı […]
Continue readingDİN bu şəxslərə xəbərdarlıq etdi
Elitinfo.az Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilərlər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. “Lakin son günlər bu kateqoriyadan […]
Continue reading











