Hüquqi və fiziki şəxslərin işçilərinin icazələrinin aktivləşdirilməsi həyata keçirilib
Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergiödəyicilərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət […]
Continue readingAzərbaycan nefti bahalaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 6-da 44,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur. Bu barədə Elitinfo.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel […]
Continue readingBiləcərinin mərkəzi küçələrindən biri əsaslı təmir edilir (FOTO)
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində təmir işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Elitinfo.az-a verilən məlumata görə, sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avromobil yoluna, o cümlədən şəhər […]
Continue readingFAO: Qlobal ərzaq məhsullarının qiymətləri iyun ayında artıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal səviyyədə taxıl istehsalının 2020/21-ci illərdə yeni rekord səviyyəyə çatacağını və ehtiyatların kifayət qədər təmin olunacağını, ərzaq yardımına tələbatın isə artacağını gözləyir. Elitinfo.az xəbər verir ki, iyun ayında bitki yağları, şəkər və süd məhsullarının qiymətlərinin artması nəticəsində qlobal səviyyədə ərzaq məhsulları qiymətləri ilin əvvəlindən bəri ilk dəfə artıb. […]
Continue readingAzərbaycanda qızıl və gümüş ucuzlaşıb
Elitinfo,az-n məlumatına görə, iyulun 2-də qızılın qiyməti iyulun 1-i ilə müqayisədə 26,2735 manat (0,87 faiz) azalaraq 1 unsiya üçün 3 005,83 manat təşkil edib. Gümüş 0,5121 manat (1,7 faiz) ucuzlaşaraq 1 unsiya üçün 30,477 manata bərabər olub. Platinin qiyməti 12,24 manat (0,87 faiz) azalaraq 1 401,225 manat, palladiumun qiyməti 25,381 manat (0,8 faiz) azalaraq 3 […]
Continue readingAzərbaycanda yeni magistral yolun tikintisinə başlanıldı
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb. Məqsəd qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtomobillərin rahat hərəkətini təmin etməkdir. Yeni yolun istifadəyə verilməsi ilə Astara şəhər mərkəzində avtomobil sıxlığı da aradan qalxacaq. Belə ki, yük avtomobilləri şəhər mərkəzinə daxil olmadan yollarına davam edə biləcəklər. […]
Continue readingAzərbaycanda Özbəkistan Ticarət Evi açılır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Özbəkistan Ticarət Evi” MMC-ni dövlət qeydiyyatına alıb. Elitinfo.az Nazirliyə istinadən xəbər verir ki, Ticarət Evinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi, ev 65B, qanuni təmsilçisi isə Samir Elçin oğlu Cəfərovdur. MMC-nin nizamnamə kapiatlı 20 manat təşkil edir. Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 30 mln 534,75 min ABŞ dolları olub […]
Continue readingAzərbaycanda siqaret bahalaşdı
Azərbaycanda siqaret və digər tütün məmulatlarının qiyməti bahalaşıb. Elitinfo.az-ın məlumatına görə, bu gündən siqaret və digər tütün məlumatlarının qiyməti 10 qəpik bahalaşıb. Satıcılar bildirir ki, bu topdansatış məntəqlərindəki yeni qiymətlərlə bağlıdır. Onlar qiymətə artım edikləri üçün bugündən bütün siqaretlər 10 qəpik bahalaşıb
Continue readingSOCAR-ın ötənilki xalis mənfəəti 651 milyon manat təşkil edib
SOCAR 2019-cu ili mənfəətlə başa vurub. Şirkətdən Elitinfo.az-a bildirilib ki, audit olunmuş maliyyə hesabatlarına görə, SOCAR-ın cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil edib. Uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olub.
Continue readingKarantin bitdikdən sonra aviabiletlərin satışı əvvəlki qaydada olacaq
Karantin bitdikdən sonra aviabiletlərin satışı sərnişinlərin istəyinə uyğun olaraq, həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Hava Yollarının (AZAL) vitse-prezidenti Eldar Hacıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə keçirilən onlayn görüşdə deyib. O, turizm şirkətlərinin karantin bitdikdən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə […]
Continue reading









