Azərbaycan son 7 ayda avtomobil benzininin istehsalı artıb
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1821,6 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,9 faiz azalıb. Elitinfo.az-ın məlumatına görə, neft məhsullarından neft bitumunun istehsalı 30,2 faiz, sürtkü yağlarının istehsalı 18,5 faiz, dizel yanacağının istehsalı 4,4 faiz, avtomobil benzininin istehsalı 0,3 faiz artıb, neft-kimya sənayesində istifadə üçün […]
Continue readingAzərbaycan neftinin qiyməti bahalaşıb
Azərbaycan neftinin qiyməti bahalaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar artaraq 45,75 dollar olub. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingBiləcəri qəsəbəsinin mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir. Agentlikdən Elitinfo.az-a verilən məlumata görə, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində təmir işləri aparılıb. Sözügedən küçə Biləcəri qəsəbəsinin […]
Continue reading“SOCAR Aviation” Bodrum hava limanında ilk məntəqəsini istifadəyə verib
Türkiyə hava nəqliyyatı sektorunun yanacaq ehtiyacını təmin edən ən böyük üç şirkətdən biri olan “SOCAR Aviation” Milas-Bodrum hava limanında yanacaqdoldurma məntəqəsini istismara verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, bu obyektdə ildə 3000 təyyarənin yanacaqla təchiz olunması planlaşdırılır.Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin tədricən ölkənin hava nəqliyyatı sektoru ilə birlikdə genişlənən […]
Continue readingBakı şəhərində “Azpetrol”un yeni yanacaqdoldurma məntəqəsi istismara verilib
“Azpetrol” şirkətinin Bakı şəhərinin Nizami rayonunda sayca 93-cü yanacaqdoldurma məntəqəsi (YDM) açılıb. Yeni YDM “Azpetrol Ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədov və şirkətin digər əməkdaşlarının iştirakı ilə istifadəyə verilib. Şirkətin baş direktoru yeni YDM-nin açılışı münasibətilə “Azpetrol”un əməkdaşlarına və müştərilərə xeyir-dua verib. YDM-nin istifadəyə verilməsi yeni iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində […]
Continue readingNeftin qiyməti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.
Continue readingKapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir
Kapital Bank mütəmadi olaraq hüquqi şəxs və sahibkarlar üçün rahat həllər təklif etmək üçün rəqəmsal imkanlarını inkişaf etdirir. Bu dəfə məsafədən bankçılıq xidmətlərini genişləndirən Kapital Bank, tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir. Bankdan Elitinfo.az-a verilən məlumata görə, onlayn hesabın açılması imkanı ilə, vaxt itirmədən və filiala yaxınlaşmadan, cəmi bir neçə dəqiqə ərzində, dünyanın […]
Continue readingAzərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK
“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Kənd Təsərrüfatı Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçəcəklər. Fermerdən tədarük edilən məhsulları saxlamaq […]
Continue readingİqtisadiyyat Nazirliyi Qurban bayramı münasibətilə şagirdləri sevindirib
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 31-də Qurban bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən və aztəminatlı ailələrdən olan şagirdlər üçün bayram payı aparılıb. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar bir çox internat məktəblərinin şagirdləri bu bayramı yaxınlarının əhatəsində keçirir. Bunu nəzərə alaraq, əsas gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı […]
Continue reading“Aqrolizinq” 19 milyon manatlıq gübrə alır
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC 20 min ton ammonium nitrat və 7 min ton nitroammofoska (1), eləcə də 5 min ton ammofos mineral gübrələrinin (2) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Elitinfo.az xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Agro TT” və “Ş.A.R. Aqro” MMC-lərdir. Qalib şirkətlərə müvafiq olaraq 14 184 min manat və 4 505 min manat, ümumilikdə […]
Continue reading






